XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Həbs olunan icra başçısı ilə bağlı ŞOK İDDİA - DTX rüşvət alarkən tutub...

Həbs olunan icra başçısı ilə bağlı ŞOK İDDİA - DTX rüşvət alarkən tutub...

Həbs olunan icra başçısı ilə bağlı ŞOK İDDİA - DTX rüşvət alarkən tutub...
19-12-2019, 13:06

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, N.Quliyev dünən axşam saatlarında Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən rüşvət alarkən cinayət başında yaxalanıb.

Hazırda DTX-da saxlanılan başçının ətrafında axtarış və araşdırmalar davam etdirilir.

Gün ərzində hadisəylə bağlı rəsmi açıqlama veriləcək.

Qeyd edək ki, N.Quliyevin oğlu Ramin Quliyev Nərimanov rayon Məhkəməsində hakim işləyir, digər oğlu isə Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində vəzifə tutur.

Xatırladaq ki, N. Quliyev bu ilin aprel ayında Goranboy İcra başçısı vəzifəsindən azad edilərək Ağstafaya təyin edilmişdi.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.