XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Azərbaycanda görünməmiş hadisə - Pulsuza qəbul oldu, "yerlər dolub" dedilər - FOTO

Azərbaycanda görünməmiş hadisə - Pulsuza qəbul oldu, "yerlər dolub" dedilər - FOTO

Azərbaycanda görünməmiş hadisə - Pulsuza qəbul oldu, "yerlər dolub" dedilər - FOTO
7-09-2017, 13:35

Azərbaycanda kuryoz hadisə baş verib. Məmmədov Elçin Rizvan oğlu adlı abituriyent bu il Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsinin Yol və nəqliyyat tikintisi ixtisasına dövlət sifarişli əsaslarla qəbul olsa da, qeydiyyatdan keçdikdən bir neçə gün sonra ona ödənişsiz yerlərin dolduğu, onun yalnız eyni ixtisasın ödənişlisinə keçirə biləcəkləri bildirilib. Elçin Məmmədov Dövlət İmtahan Mərkəzinə müraciət etdikdə isə ona bildiriblər ki, məsələni ancaq universitetlə həll edə bilər".
Məsələ ilə bağlı universitetin Qeydiyyat şöbəsinin əməkdaşı Surxay Əliyev bildirib ki, əslində hadisə həmin şəxsin dediyi kimi deyil.
"Həmin abituriyent qeyd edilən ixtisasın rus bölməsinə qəbul olub. Həmin bölmədə isə ondan başqa cəmi iki nəfər olduğu üçün dərs keçilə bilməz. Çünki həmin 3 nəfərə dərs deyəcək müəllimlərin xərclərinin qarşılanması çətin prosesdir. Buna görə də Elçin Məmmədova eyni ixtisasın Azərbaycan bölməsində təhsil alması təklif edilir. O, isə Azərbaycan dilini bilmədiyini əsas gətirərək bu təklifdən imtina edir. Belə olan halda, E.Məmmədova digər ixtisasların rus bölməsində qeydiyyatdan keçməsi təklif edilir. Belə olan halda isə o, ödənişli əsaslarla təhsil almalıdır. Çünki ixtisas dəyişdikdə, dövlət sifarişi ləğv edilir və tələbə ödənişli əsaslarla təhsil alır, qanun belədir".
Surxay Əliyev onu da qeyd etdi ki, hazırda məsələnin ən uyğun formada tənzimlənməsi üçün müzakirələr aparılır.

GoldNews.Az
Azərbaycanda görünməmiş hadisə - Pulsuza qəbul oldu, "yerlər dolub" dedilər - FOTO
Azərbaycanda görünməmiş hadisə - Pulsuza qəbul oldu, "yerlər dolub" dedilər - FOTO

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.