DSMF-nin əməkdaşı yol qəzasında ölüb, həyat yoldaşı ağır xəsarət alıb - Qəbələdə DƏHŞƏT
Qəbələ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş vetib.
Hadisə bu gün saat 15:00 radələrində Qəbələ şəhərinin 28 May küçəsində qeydə alınıb.
Qəbələ şəhər sakini, Məmmədov Elçin Qüdrət oğlu 99-DK-409 dövlət nömrə nişanlı, "Hyundai Sonata" markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən idarəetməni itirib və avtomobil yol kənarındakı beton hasara çırpılıb.
Hadisə zamanı sürücü Elçin Məmmədov aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib. Onun həyat yoldaşı Məmmədova Reyhan Səhrab qızı ağır bədən xəsarətləri aldığı üçün Qəbələ rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Məlumata görə, Elçin Məmmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsinin əməkdaşıdır.
Faktla bağlı Qəbələ rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?