Azərbaycanda dərs zamanı məktəbin divarları uçdu - FOTO
Azərbaycanda orta məktəbdə uçqun hadisəsi baş verib.
A24.az-a istinadən xəbər veririk ki, hadisə bir neçə gün bundan əvvəl Şəmkir rayonunun Zəyəm qəsəbəsində yerləşən 1 saylı tam orta məktəbdə baş verib. Məlumata görə, uzun müddətdir qəzalı vəziyyətdə olan məktəbin binasında dərs zamanı uçqun olub. Belə ki, təhsil müəssisəsinin koridorunun istinad divarları uçub. Həmin gün məktəbdə dərslər təxirə salınıb və şagirdlər evə buraxılıb.
Məlumatda bildirilir ki, bundan əvvəl də orta məktəbdə bir neçə dəfə uçqun hadisəsi olub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Qeyd edək ki, sözügedən tam orta məktəbdə, ümumilikdə 380 nəfər şagird təhsil alır.
Xatırladaq ki, analoji hadisə ötən ay Kürdəmir rayonunun Qarasu kəndində yerləşən Elşad Qurbanov adına tam orta məktəbdə də baş vermişdi. Dərs zamanı qəza təhlükəsi ilə üzləşən məktəbin dəhlizinin tavanı qəfildən uçmuşdu. Hadisə nəticəsində xəsarət alan olmasa da, həmin günü şagirdlər evə buraxılmışdı və dərslər yarımçıq qalmışdı.



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...