SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Vətəndaş polisdən belə razılıq edir... - FOTO

Vətəndaş polisdən belə razılıq edir... - FOTO

Tarix:

13-04-2020, 11:08

/ 830 dəfə oxundu.
Vətəndaş polisdən belə razılıq edir... - FOTO

Mən Quba rayonu sakini olan yaşlı bir insanam. Bu məktubum isə Azərbaycan polisinin fədakar xidməti ilə bağlıdır.

Bildiyimiz kimi hal-hazırda bütün dünyada olduğu kimi dövlətimizdə də Covid19 pandemiyası ilə əlaqədar təxirə salınmaz tədbirlər həyata keçirilir. Bu “müharibədə” əsas güc isə əziz həkimlərimizin və gecə-gündüz xidmət aparan polislərimizin çiyinlərinə düşür. Bütün bölgələrdə polis əməkdaşları var gücləri ilə çalışır, bizlərin sağlamlığımız üçün bütün tədbirləri görürlər. Bu gün gördüyüm mənzərə isə tamam fərqli idi və məni çox qürurlandırdı. Mən ərzaq almaq üçün icazə ilə marketə gedirdim. Bu zaman prospektin yuxarı hissəsindən bir polis əməkdaşının köməksiz vəziyyətdə olan rayonun sakinini əlil arabası ilə evinə qədər apardığını gördüm. Onunla səmimi söhbət edir, bu çətin günlərdə onun kədəri unutmasını istəyirdi. Bəlkə də kim olduğunu ümumiyyətlə bilmir, amma o polis əsl fədakarlıq göstərirdi. Həqiqətən onun bu hərəkəti mənə çox təsir etdi və bir daha polisimlə fəxr etdiyimə görə yanılmadığımı hiss etdim. Rayon sakinlərində isə həmin polisin adının Bəhruz olduğunu öyrəndim. Çox sağ olsun, var olsun. Mən sizin vasitənizlə bir daha Azərbaycan polisinə bizim sağlamlığımız üçün etdiklərinə görə öz təşəkkürümü bildirirəm.

Rayon sakini tərəfindən göndərilən məktubdaki polis əməkdaşı Quba RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis serjantı Bəhruz Hacıyevdir.

QEYD: Xalqxeber.Az bildirir ki, bu yazını Quba rayon sakini ünvanlayıb.
Vətəndaş polisdən belə razılıq edir... - FOTO

Şərhlər

XƏBƏR LENTİ