QUBADA POLİS BAYRAMI QEYD EDİLİB
Quba Rayon Polis Şöbəsində Daxili İşlər Nazirliyinin yaranmasının 101 illiyi münasibəti tədbiri keçirib. Əvvəlcə Rayon Polis Şöbəsinin şəxsi heyəti Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər güllər düzüblər.
Heydər Əliyev mərkəzində davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın Respublikasının Müstəqilliyi uğrunda gedən döyüşlərdə şəhid olmuş polis əməkdaşlarının əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirin açan Quba RPŞ-nin rəisi, polis polkovniki Süleyman Neymətov çıxışında Ulu Öndərin şərəfli polis peşəsinə olan hörməti və güvəni haqqında şəxsi heyətə danışıb. O, yarandığı gündən Daxili işlər orqanlarının şərəfli xidmət yolu keçdiyi, polisin hər zaman dövlətçiliyimizə sadiq olduğu və sabitliyin, əmin-amanlığın qorunmasında fədakar xidmət apardığını bildirib. Çıxışında bütün polis əməkdaşlarını Azərbaycan Polisinin 101 illiyi münasibəti ilə təbrik edən S.Neymətov, hər bir əməkdaşa çalışdığı çətin və ağır polis peşəsində uğurlar və yüksək nailiyyətlər arzulayıb.
Daha sonra çıxış edənlər Azərbaycan Polisinin 101 illiyi münasibəti ilə polis əməkdaşlarını təbrik ediblər. Daxili işlər orqanlarının fəaliyyətini yüksək dəyərləndirən tədbir iştirakçıları, şəxsi heyətə gələcək fəaliyyətlərində də uğurlar arzulayıblar.
Tədbirin sonunda xidməti vəzifəsində fərqlənən əməkdaşlara mükafatlar təqdim olunub.



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...