Şabranda polis əməkdaşları rayon sakinlərinə ərzaq yardımı etdilər
Şabran RPŞ-nin əməkdaşları ölkə ərazisində həyata keçirilən xüsusi karantin rejimi günlərində 20-yə yaxın imkansız ailəyə ərzaq yardımı ediblər.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, RPŞ-nin əməkdaşları “Evdə qal” kampaniyası çərçivəsində xüsusi karantin rejim qaydalarına uyğun olaraq yaşayış yerlərini tərk edə bilməyən yaşlı insanların, eləcə də aztəminatlı ailələrin qonağı olaraq, onlara ərzaq məhsullarından ibarət bağlamalar və tibbi ləvazimatlar təqdim ediblər. Hər bir sakin ilə səmimi söhbətlər aparan şöbə əməkdaşları, onlara COVİD19 pandemiyası ilə əlaqədar ölkə ərazisində həyata keçirilən xüsusi karantin rejimi qaydaları barədə məlumat veriblər.
Rayon sakinləri onlara göstərilən diqqətə görə minnətdar olduqlarını bildiriblər.




Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...