XalqXəbər.Az

www.XALQXEBER.az » Hadisə » Abşeronda azyaşlı qardaşları maşın vurdu - Onlardan biri öldü

Abşeronda azyaşlı qardaşları maşın vurdu - Onlardan biri öldü

Abşeronda azyaşlı qardaşları maşın vurdu - Onlardan biri öldü
21-08-2020, 13:16

Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə avqustun 20-də saat 13 radələrində Abşeron rayonunun Qobu qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini V.Abbasov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakinləri, 9 yaşlı Rüstəm Həsənovu və 7 yaşlı qardaşı Muradı vurub.

Uşaqlar xəsarətlə xəstəxanaya yerləşdirilsə də, Rüstəm orada vəfat edib. Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.