Abşeronda azyaşlı qardaşları maşın vurdu - Onlardan biri öldü

Abşeronda azyaşlı qardaşları maşın vurdu - Onlardan biri öldü Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə avqustun 20-də saat 13 radələrində Abşeron rayonunun Qobu qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini V.Abbasov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakinləri, 9 yaşlı Rüstəm Həsənovu və 7 yaşlı qardaşı Muradı vurub.

Uşaqlar xəsarətlə xəstəxanaya yerləşdirilsə də, Rüstəm orada vəfat edib. Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Geri qayıt