XalqXəbər.Az

www.XALQXEBER.az » Hadisə » Abşeronda FACİƏ: Avtobusu arxaya verərkən iş yoldaşını öldürdü

Abşeronda FACİƏ: Avtobusu arxaya verərkən iş yoldaşını öldürdü

Abşeronda FACİƏ: Avtobusu arxaya verərkən iş yoldaşını öldürdü
12-08-2020, 13:40

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə avqustun 11-də saat 22 radələrində Xırdalan şəhəri ərazisində yerləşən avtobus qarajında qeydə alınıb.

Orada işləyən Şəki şəhər sakini E.Bədəlov idarə etdiyi “Daewoo” markalı avtobusu arxaya verərkən iş yoldaşı, şəhər sakini Təbriz Həsənovu vurub.

Xəsarət alan T.Həsənov xəstəxanaya aparılarkən yolda ölüb.

Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.