SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Nəvəsi bahalı maşını ilə qəzaya düşən məmur 3 il əvvəl belə demişdi

Nəvəsi bahalı maşını ilə qəzaya düşən məmur 3 il əvvəl belə demişdi

Tarix:

4-08-2017, 13:46

/ 106 676 dəfə oxundu.
Nəvəsi bahalı maşını ilə qəzaya düşən məmur 3 il əvvəl belə demişdi

"Mənim də övladlarım var. Sizin xəbəriniz var, o kimdir?".

Bu sözləri baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (Qaçqınkom) sədri Əli Həsənov 2014-cü ildə mediada məmur övladları ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Əli Həsənov qeyd edib ki, məmurlar övladlarına nəzarət etməlidir: "Mənim də övladlarım var. Sizin xəbəriniz var o kimdir? Onu heç kim tanımır. Hər bir məmur öz övladına nəzarət etməlidir".

Qeyd edək ki, ötən gün biri Mercedes Galendevagen olmaqla iki maşın Heydər Əliyev prospektində ötüşüblər. Bu zaman Galendevagen yolu keçmək istəyən piyadanı vurub. Hadisə zamanı Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus10 PP 203 dövlət nömrə nişanlı Galendevagen aşıb və yanmağa başlayıb. Əldə etdiyimiz məlumata görə, qəza nəticəsində Nail Allahverdiyev ağır yaralanıb.

Şərhlər

XƏBƏR LENTİ