SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Nail babasının baş nazirlik sevdasını da sıfıra endirdi... - Vəzifədə zar-zor durursa...

Nail babasının baş nazirlik sevdasını da sıfıra endirdi... - Vəzifədə zar-zor durursa...

Tarix:

8-08-2017, 12:00

/ 56 708 dəfə oxundu.
Nail babasının baş nazirlik sevdasını da sıfıra endirdi... - Vəzifədə zar-zor durursa...

Bakının Heydər Əliyev prospektində dəhşətli qəza törədən Baş Nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin babasının daha yüksək vəzifəyə, Baş nazir postuna gedən yolunun üstündən birdəfəmlik xətt çəkib.

Məlumata görə, 2018-ci ilin ilk aylarında Azərbaycan hökumətində yenilənmə ilə bağlı addımların atılması nəzərdə tutulub.Bu yenilənmədə isə hazırkı hökumətin rəhbəri Artur Rasi-zadə istirahətə göndərilərək onun yerinə Yeni Azərbaycan Partiyası sədrinin müavini,Baş nazirin müavini, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun hökumətin başına gətirilməsi gözlənilirdi. İddialara görə,elə Əli Həsənovun özü də Baş nazir kürsüsünə hazırlaşırmış.

Amma nəvəsi Nail Allahverdiyevin 10-PP-203 dövlət nömrə nişanlı "Mercedes Gelandewagen”i ilə törətdiyi qəza,babasının planların birdəfəmlik sıradan çıxarıb.

İddialara görə, Əli Həsənov qəzadan bir neçə dəqiqə sonra nəvəsi Nail Allahverdiyevi hadisə yerindən qaçızdıraraq məsələni bağlamağa çalışıb.Amma hadisə yerində olan şahidlərin Nailin olduğunu təsdiqləyən videolar çəkərək sosial şəbəkələrdə yaymaları,bunun ardınca Daxili İşlər və Baş Prokurorluğun hadisəni məhz Əli Həsənovun nəvəsinin törətdiyini sübuta yetirildiyi ilə bağlı birgə bəyanatı cənab Həsənovu ciddi şəkildə silkələyib. İddialara görə, hakimiyyət dairələrində Əli Həsənovun belə bir şəkildə nəvəsi tərəfindən sıradan çıxarılması gözlənilən olmayıb.

Vətəninfo.az

Şərhlər

XƏBƏR LENTİ