XalqXəbər.Az

www.XALQXEBER.az » Hadisə » Baş nazirin müavini Əli Həsənovun nəvəsinin avtomobili qəza törətdi: Ölənlər var -FOTO

Baş nazirin müavini Əli Həsənovun nəvəsinin avtomobili qəza törətdi: Ölənlər var -FOTO

Baş nazirin müavini Əli Həsənovun nəvəsinin avtomobili qəza törətdi: Ölənlər var -FOTO
4-08-2017, 09:25

Ötən gecə Bakının Heydər Əliyev prospektində dəhşətli qəza baş verib.

10 PP 203” dövlət nömrə nişanlı “Mercedes Gelandewagen” markalı avtomobil idarəetməni itirərək, “VAZ 21015” markalı avtomobilə çırpılıb.

Daha sonra “Mercedes Gelandewagen” yolun kənarındakı maneəni aşaraq köməkçi yola keçib və yanmağa başlayıb.

APA-nın xəbərinə görə, qəza nəticəsində “Mercedes Gelandewagen” markalı avtomobilin sürücüsü Mehdi Əliyev və bir piyada ölüb, bir nəfər isə yaralanıb.

Hadisə yerinə yanğınsöndürənlər və polis əməkdaşları cəlb olunub.

Qəza zamanı iki Türkiyə vətəndaşı da ağır yaralanıb. Ər-arvad olan Tekin ailəsindən qadının hazırda “Semaşko”nun Nevrocərrahiyyə korpusunun reanimasiya şöbəsində olduğu, kişinin (Mustafa Tekin) isə vəziyyətinin daha ağır olması nəzərə alınaraq, Medical Hospitala aparılıb.

Mətbuatda hadisə zamanı maşında yanaraq həlak olanlardan birinin Baş Nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin olduğuna dair xəbərlər yayılıb. Ancaq xəbər təkzib olunub, hadisə zamanı Nail Allahverdiyevin evdə olduğu bildirilib. Ancaq yanan maşın onundur.

Ona məxsus 10-PP-203 dövlət nömrə nişanlı avtomobili isə Allahverdiyevin sürücüsü idarə edib. Həlak olan da maşının sürücüsüdür. Lakin bəzi mənbələr Nail Allahverdiyevin də avtomobildə olduğunu və yaralandığını iddia edirlər.

Qeyd edək ki, 10-PP-203 dövlət nömrə nişanlı avtomobil sosial mediada məşhurdur. Hətta Nail Allahverdiyevin o maşınla rəsmləri də uzun müddət mətbuatın gündəmində olub.
Baş nazirin müavini Əli Həsənovun nəvəsinin avtomobili qəza törətdi: Ölənlər var -FOTO
Baş nazirin müavini Əli Həsənovun nəvəsinin avtomobili qəza törətdi: Ölənlər var -FOTO
Baş nazirin müavini Əli Həsənovun nəvəsinin avtomobili qəza törətdi: Ölənlər var -FOTO
Baş nazirin müavini Əli Həsənovun nəvəsinin avtomobili qəza törətdi: Ölənlər var -FOTO
Baş nazirin müavini Əli Həsənovun nəvəsinin avtomobili qəza törətdi: Ölənlər var -FOTO
Baş nazirin müavini Əli Həsənovun nəvəsinin avtomobili qəza törətdi: Ölənlər var -FOTO

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.