SON DƏQİQƏ
XalqXeber.Az » Qubadlıda başçı dəyişikliyi gözlənilir - İDDİA

Qubadlıda başçı dəyişikliyi gözlənilir - İDDİA

Tarix:

18-11-2019, 17:13

/ 1 062 dəfə oxundu.
Qubadlıda başçı dəyişikliyi gözlənilir - İDDİA

18 ildir icra başçısı postunu tutan Malik İsaqovu nəhayət ki, Qubadlı RİH-dən tərpədirlər. Bu barədə DİA.AZ-a məlumatlı mənbə informasiya verib.

Qeyd edək ki, İsaqov Malik Xizir oğlu 26 sentyabr 1953-cü ildə Qubadlı rayonunun Çərəli kəndində anadan olub. 1970-ci ildə Hal kənd orta məktəbini bitirmişdir.
1979-cu ildə Azərbaycan Neft Kimya İnstitutunu bitirib. 1974-1976-cı illərdə hərbi xidmətdə olub. Sumqayıt Elektrik Dəstləşdirmə zavodunda çilingər, təhlükəsizlik üzrə mühəndis, mühəndis konstruktor, mühəndis-texnoloq və baş mühəndis vəzifələrində çalışıb. 1984-2001-ci illərdə zavodun direktoru olub. 2001-ci ildə Qubadlı rayon icra Hakimiyyətinin başçısı təyin edilib.

Mənbə açıqlamasında iddia edir ki, 66 yaşlı icra başçısını hazırda Qubadlı RİH-də müavin postunu tutan Haxverdiyev Allahverdi Sərxan oğlu əvəzləyəcək.

Qeyd edə ki, Malik İsaqovun yerinə təyinatı gözlənilən Allahverdi Haxverdiyev hazırda Qubadlı RİH-də icra başçısının müavini və Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri postlarını tutur.

Şərhlər

XƏBƏR LENTİ