SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » İşğal altında olan 2 rayonun başçısı dəyişdirilir - Qubadlı və Zəngilan...

İşğal altında olan 2 rayonun başçısı dəyişdirilir - Qubadlı və Zəngilan...

Tarix:

10-09-2018, 17:05

/ 1 962 dəfə oxundu.
İşğal altında olan 2 rayonun başçısı dəyişdirilir - Qubadlı və Zəngilan...

Azərbaycanın erməni işğalı altında olan 2 rayonunun icra hakimiyyətinin başçıları yaxın günlərdə dəyişdiriləcək. Bu barədə məlumatlı mənbə informasiya verib.

Xəbəri verən qaynaq iddia edir ki, söhbət Qubadlı rayon icra hakimiyyətinin başçısı Malik İsqovdan və Zəngilan rayonuna rəhbərlik edən Ramiz Həsənovdan gedir. Qeyd edək ki, Malik İsqov 2001-ci ildən, Ramiz Həsənov isə 2011-ci ildən hazırki vəzifələrini icra etməkdədirlər.

Mənbə bildirib ki, qərar yaxın vaxtlarda rəsmən elan olunacaq.

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ