Qubadlının icra başçısı ittiham hədəfidir... - Vəzifəsini itirə bilər
Torpaqları işğal altında olan Qubadlı rayonunun icra başçısı Malik İsaqov vəzifəsindən alına bilər. Bu barədə DİA.AZ-a yerli mənbələr informasiya verib.
Xəbəri verən qaynaq iddia edir ki, Malik İsaqovun ayağında maliyyə kəsiri var. Mənbənin söylədikləri: "Qubadlı RİH üçün ayrılan büdcə vəsaitlərinin xərclənməsində ciddi qanun pozuntularına yol verilib. Bunu dəfələrlə Maliyyə Nazirliyinin və Hesablama Palatasının ekspertləri də təsdiqləyib. Amma nədənsə bu barədə verilən rəsmi məlumatlar barəsində bu günə qədər hansısa hüquqi addım atılmayıb".
Mənbə açıqlamasında iddia edir ki, amma son günlər İsaqov ciddi narahatdır: "Elə söhbət gəzir ki, başçını dəyişəcəklər. Həm də başçıdan "yuxarılar" mənimsənilən pulların hesabını da soruşur. Buna görə də rayon maliyyə idarəsinin müdiri də narahatdır".
Onu da qeyd edək ki, yaxın günlərdə bir neçə rayon rəhbərinin vəzifədən alınması gözlənilir. Onların sırasında Malik İsaqovun da adına rast gəlsək, təəccüblənməli deyilik.
Qarşı tərəfi də dinləməyə hazırıq...
DİA.AZ

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək