Türkiyənin Mersin şəhərində yerləşən mebel fabrikində güclü yanğın baş verib.
Xalqxeber.az "TRT Haber" telekanalına istinadən xəbər verir ki, hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.
Yanğının söndürülməsi zamanı fabrikin tavanı çöküb.
Xilasedicilər dağıntılar altından bir yanğınsöndürənin meyitini çıxarıblar, daha 4 nəfər uçqun altında qalıb.
Axtarış-xilasetmə işləri davam etdirilir. Yanğının səbəbi hələ ki məlum deyil.