Türkiyədə fabrik yandı - Ölən və yaralananlar var

Xalqxeber.az "TRT Haber" telekanalına istinadən xəbər verir ki, hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.
Yanğının söndürülməsi zamanı fabrikin tavanı çöküb.
Xilasedicilər dağıntılar altından bir yanğınsöndürənin meyitini çıxarıblar, daha 4 nəfər uçqun altında qalıb.
Axtarış-xilasetmə işləri davam etdirilir. Yanğının səbəbi hələ ki məlum deyil.