SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Rusiya müdafiə nazirliyinin idarə rəisi evində ölü tapıldı

Rusiya müdafiə nazirliyinin idarə rəisi evində ölü tapıldı

Tarix:

16-02-2023, 17:58

/ 409 dəfə oxundu.
Rusiya müdafiə nazirliyinin idarə rəisi evində ölü tapıldı

 
Rusiya müdafiə nazirliyinin Qərb Hərbi Dairəsinin maliyyə idarəsinin rəisi Marina Yankina Sankt-Peterburqda ölü tapılıb.

Yankinanın ölüm faktını Qərb Hərbi Dairəsinin mətbuat xidməti təsdiqləyib.

Rusiya hərbi idarəsinin yüksək rütbəli məmurunun meyiti dünən səhər saatlarında yaşadığı mənzilin pəncərəsinin altında tapılıb.

Hələlik hüquq-mühafizə orqanları baş verənlərlə bağlı şərh verməyib.

Şərhlər

XƏBƏR LENTİ