
Şirvanda küçədən kişi meyiti tapılıb...
Səhər saatlarında Şirvan şəhərinin Xəqani küçəsində kişi meyiti aşkar edilib. Meyit müayinə olunmaq üçün Şirvan şəhər Pataloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza mərkəzinə yerləşdirilib. Hüquq-mühafizə orqanları tərəfindən ölən şəxsin kimliyi və hansı şəraitdə öldüyü araşdırılır.