SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Balakən sakini ÇƏTİN DURUMDA... - "Arada qohumlar kömək edirlər..."

Balakən sakini ÇƏTİN DURUMDA... - "Arada qohumlar kömək edirlər..."

Tarix:

28-11-2023, 12:20

/ 240 dəfə oxundu.
Balakən sakini ÇƏTİN DURUMDA... - "Arada qohumlar kömək edirlər..."

“İki övladım var, ikisi də xəstədir. Qızımın əlillik pensiyasını kəsiblər, oğlumun da dekabrda pensiya müddəti bitir. Vəziyyətimizin necə olacağını bilmirəm. Onların dərmanlarını almağa imkanım çatmır”.

Bunu Meydan TV-yə Balakən rayon, Yeni Şərif kənd sakini Xuraman Həsənova bildirib. Onun sözlərinə görə, qızı 2009-cu il təvəllüdlü Mədinə Bagmanova 10 dəfə əməliyyat olunub.

“14 yaşlı qızımda bud-çanaq problemi var, dəfələrlə əməliyyat olunub. 10 yaşlı oğlum Zamrat Bagmanovda sümük əriməsidir. Hər ikisi anadangəlmə xəstədir. Müəlliməm, tək mən işləyirəm, ailəmi güclə dolandırıram”, – ana deyib.

Bildirib ki, mart ayından qızının pensiyasını kəsiblər:

“Oğlumu isə yenidən müayinəyə göndəriblər, dekabrda pensiyanın müddəti bitir. Bahalı iynələr almalıyam, almasam vəziyyəti pisləşəcək. Qızımın pensiyası üçün müraciətə cavab veriblər ki, anadangəlmə poliostotik fibroz displaziyanı siyahıdan çıxarıblar, buna görə də pensiya düşmür”.

Uşaqlar vaxtlı-vaxtında məktəbə də gedə bilmirlər. Ana deyir ki, öz maaşı, oğlunun pensiyası ərzağa, bir də dəmanlara güclə yetir, günlərlə ət, meyvə ala bilmir. Taksi tutub hər gün uşaqları məktəbə yola salmağa da imkanı yoxdur:

“Arada qohumlar kömək edirlər. Oğlumun pensiyasını kəsəndən sonra dərmanlarını ala bilməyəcəm. Onsuz da son vaxtlar vacib iynələrini ala bilmirəm. Evdə satmağa da heç nə qalmayıb”.

X.Həsənova qızının pensiyasının bərpa olunması, oğlunun pensiya müddətinin artırılması üçün müxtəlif qurumlara müraciət etsə də, cavab ala bilməyib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən müraciətin araşdırılaraq cavablandırılacağını bildiriblər.

Tənha ana uşağın dərmanları üçün yardım edilməsini xahiş edir.

Kənd icra nümayəndəliyindən Meydan TV-yə hər iki uşağın xəstə olduğunu, qadının kömək üçün müraciət etdiyini, ailənin dolanmaqda çətinlik çəkdiyini təsdiqləyiblər.


Mənbə: Meydan TV
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...

Şərhlər

XƏBƏR LENTİ