SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » FHN Yasamalda qanunsuz tikintinin qarşısını aldı - VİDEO

FHN Yasamalda qanunsuz tikintinin qarşısını aldı - VİDEO

Tarix:

16-01-2023, 11:41

/ 331 dəfə oxundu.
FHN Yasamalda qanunsuz tikintinin qarşısını aldı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.

FHN-dən "Unikal"a verilən məlumata görə, Bakı şəhərinin Yasamal rayonunda “Qanlı göl” adlanan ərazinin yaxınlığında müvafiq icazəverici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyekt sökülüb.

Şərhlər

XƏBƏR LENTİ