SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Yasamalda qanunlar başçı istəyəndə İŞLƏMİR... - AXI NİYƏ?!

Yasamalda qanunlar başçı istəyəndə İŞLƏMİR... - AXI NİYƏ?!

Tarix:

18-05-2023, 16:34

/ 312 dəfə oxundu.
Yasamalda qanunlar başçı istəyəndə İŞLƏMİR... - AXI NİYƏ?!

Məlumdur ki, 09 oktyabr 2018-ci il tarixdə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclası keçirilir və iclasda Prezident İlham Əliyev paytaxt Bakıda və digər şəhər və rayonlarda həyata keçirilən qanunsuz tikinti işləri ilə bağlı iclasda iştirak edənlərə ciddi tapşırıqlarını verir. Qeyd edək ki, ölkə rəhbəri tikinti işləri ilə bağlı Sərəncam imzaladığını bir daha iclas iştirakçılarının diqqətinə çatdırır və onu vurğulayır ki, “Tikinti işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan həyata keçirilə bilməz. Əgər kimsə verilmiş qaydaları pozarsa, o halda qaydanı pozanlar həm cinayət məsuliyyətinə cəlb olunacaqlar, həm də qanunsuz inşa olunan tikililər dərhal söküləcək”. Cənab Prezidentin tikinti işləri ilə bağlı imzaladığı Sərəncamdan, həmçinin Nazirlər Kabinetində keçirilən iclasda verdiyi tapşırıqlardan sonra hər kəs düşünürdü ki, ölkənin tikinti sahəsində baş alıb gedən qanunsuzluqlara son qoyulacaq, eyni zamanda ictimai nəzarət də artırlacaq.

Bundan əlavə, 11 mart 2022-ci il tarixdə isə Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) geniş müşavirə keçirilir və qanunsuz tikililərlə bağlı icra başçılarına ciddi xəbərdarlıqlar da olunur. Yəni, Bakı şəhəri ərazisində qanunsuz tikintilərlə bağlı vəziyyət və bu kimi halların qarşısının alınması məsələləri icra hakimiyyəti başçılarının, müvafiq təsərrüfat strukturları rəhbərlərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və Fövqəladə Hallar Nazirliyinin nümayəndələrinin iştirakı ilə keçirilən müşavirədə geniş müzakirə olunur. Müşavirədə BŞİH-nin başçısı Eldar Əzizov, Prezident İlham Əliyevin Bakı şəhərində qanunsuz tikintilərlə bağlı bildirdiyi iradlar, həmçinin digər neqativ halların qarşısının alınması yöndə verdiyi tapşırıqlar barədə müşavirə iştirakçılarını ətraflı məlumatlandırır. Müşavirədə qeyd olunur ki, son illər qanunsuz tikililərlə bağlı RİH-nin başçılarına mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə tapşırıqlar verilsə də, icra başçıları, onların aparatının məsul əməkdaşları bu məsələni diqqətdə saxlamayıblar və qanunsuz tikintilərin geniş vüsət almasına şərait yaradıblar. Müşavirədə daha çox qanunsuzluqlara yol verilmiş İcra Hakimiyyəti başçılarına ciddi xəbərdarlıqlar olunur və qanunsuz tikinti işlərinin qarşısının alınması ilə bağlı lazımi tədbirlərin görülməsi yöndə ciddi tapşırıqlar da verilir.

Bütün bunlara baxmayaraq, hal-hazırda Bakı şəhərinin Yasamal rayonu ərzisində tikinti işləri ilə bağlı qol qoyulan qanunsuzluqların əhatə dairəsini müəyyən etmək olduqca çətindir. Məsələn, adicə bir faktı qeyd edək ki, bir neçə gün bundan öncə sosial mediada yayılan və qısa müddət ərzində silinən xəbərlərə görə, Yasamal rayonu, Yeni Yasamal - 2, Məhəmməd Xiyabani küçəsi, müəllimlər binasının qarşısında qeyri-qanuni inşaası həyata keçirilən tikiliyə, bu gün də RİH tərəfindən göz yumulur. O halda ortaya belə bir sual çıxır ki, Prezident İlham Əliyevin Bakı şəhəri ərazisində həyata keçirilən qanunsuz tikililərlə bağlı imzaladığı Sərəncamdan, bildirdiyi iradlardan irəli gələn tələblərə, görəsən Yasamal RİH niyə əhəmiyyət vermir? Və həmin tikili ilə bağlı icazənin verilməsində maraq nədir? Gundemxebr.az saytının redaksiyasına daxil olan məlumatlara görə, rayon ərazisində heç bir rəsmi sənədi olmayan tikinti işlərini həyata keçirən, əslən Laçın rayonundan olan məcburi köçkün Famil adlı şəxsdir. Qeyd edək ki, bu şəxs geniş imkana malik olduğundan ərazidə çoxsaylı fərdi yaşayış evləri tikdirib. Hal-hazırda da həmin ərazidə qanunsuz tikinti işlərinin həyata keçirməkdədir. Maraqlı və düşündürücü hal odur ki, inşaası qanunsuz həyata keçirilən tikililərə cavabdehlik daşıyan Yasamal RİH-nin səlahiyyətli şəxsləri, hələ də bununla bağlı ictimaiyyətə heç bir açıqlama verməyiblər.

Bir-iki gün bundan öncə əməkdaşlarımız bir daha qeyd olunan əraziyə baxış keçirmiş, qanunsuz tikinti işlərinin davam etdirilməsinin canlı şahidi olmuşlar. Onu da bildirək ki, xeyli müddət bundan öncə bu rayonun “Qanlı göl” adlanan ərazisinin yaxınlığında lazımi sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla qanunsuz tikinti işlərinin aparılması faktı aşkar olunmuşdur.

Bütün bunlar onu söyləməyə əsas verir ki, Elşad Həsənovun icra başçısı olduğu Yasamal rayonu ərazisində qanunsuz tikinti işlərinin davam etdirilməsində şəxsi maraqların təmin olunması, hal-hazırda RİH Aparatının əməkdaşları üçün daha əhəmiyyətli addım hesab olunur. Əgər bu belə olmasaydı, o halda ölkə rəhbərinin Bakı şəhəri ərazisində qanunsuz tikinti işlərinin qarşısının alınması ilə bağlı imzaladığı Sərəncamdan irəli gələn tələblərə əməl olunardı. Deməli, ....
Mövzunu diqqətdə saxlayacağıq.

GundemXeber.Az

Yasamalda qanunlar başçı istəyəndə İŞLƏMİR...

Şərhlər

XƏBƏR LENTİ