SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » KƏNDİN DADINI ŞƏHƏRƏ GƏTİRƏN QADINLAR TOVUZDA VƏ QAXDA TOPLAŞIRLAR

KƏNDİN DADINI ŞƏHƏRƏ GƏTİRƏN QADINLAR TOVUZDA VƏ QAXDA TOPLAŞIRLAR

Tarix:

10-10-2021, 20:35

/ 939 dəfə oxundu.
KƏNDİN DADINI ŞƏHƏRƏ GƏTİRƏN QADINLAR TOVUZDA VƏ QAXDA TOPLAŞIRLAR

15 oktyabr Beynəlxalq Kənd Qadınları Günüdür. O qadınlar ki, torpağın dilini əla bilirlər, onu nəvazişlə becərir və istehsal etdikləri hər məhsula bacarıqları ilə bahəm sevgilərini də qatırlar. O qadınlar ki, çətin şəraitdə, mürəkkəb relyefdə keyfiyyəti məhsul yetişdirərək, süfrələrimizə inanılmaz ləzzətlər bəxş edirlər. Bizim cəsur fermer qadınlarımız bir-birinə dəstək olmaq üçün “Güc birlidədir”-deyib, Azərbaycan Kənd Qadınları Assosiasiyasında birləşdiriblər. Bayramlarına töhfələrini isə 11 oktyabrda Tovuz şəhərində keçiriləcək Regional Konfrans və Ərzaq Sərgisində verəcəklər. Ağdam, Gədəbəy, Goranboy, Tovuz, Qazax və Ağstafa kimi fərqli rayonlardan gəlsələr də, bizim qadınları birləşdirən ortaq cəhətlər çoxdur: əzmkarlıq, böyük zəhmət, əlinin ləzzətini yalnız ailəsinə-çevrəsinə deyil, ölkəsinə tanıtdırmaq istəyi! Elə bu niyyətlə 9:30-dan başlayaraq, kənd qadınlarımız ziyarətçilərini gətirdikləri təbii kənd təsərrüfatı məhsulları və ərzaqlarla zəngin sərgi-satış meydanında sevindirəcək, habelə təcrübələrini bölüşəcəklər. Beynəlxalq Kənd Qadınları Gününə həsr olunan konfransın açılışı saat 11:00-da reallaşacaq. Konfransa Kənd Təsərrüfatı Nazirliyinin, BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının, Aqrar Kreditlər və İnkişaf Agentliyinın, USAID təşkilatının, Tovuz Rayon İcra Hakimiyyətinin, Azərbaycan Kənd Qadınları Assosiasiyasının, habelə regionda fəaliyyət göstərən Qadın İnkişaf və Müəssisə Qruplarının nümayəndələri qatılacaqlar. Analoji tədbir 13 oktyabrda Şamaxı, Şəki, Qax, Zaqatala, Balakən, Bərdə və Tərtər rayonlarından olan fermer qadınların iştirakı ilə Qax şəhərində keçiriləcək. 15 oktyabr Beynəlxalq Kənd Qadınları Günündə isə Bakıdakı Park İnn otelində təşkil olunan tədbirdə 30 əməkçi qadın öz alın tərinin, halal zəhmətinin və torpağa bağlılığının layiqli mükafatını alacaq. Siz də gəlin, dəyərli media dostlarımız! Bizim cəsur, təşəbbüskar fermer qadınlarımızın səsini, sədasını yaymaq, onlarla həmsöhbət olub, uğur tarixçələrini dinləmək, kiçik bizneslərini tanınmış brendə çevirmək yolunda xəyallarını gerçəkləşdirmələrinə dəstək vermək üçün Sizi 11 oktyabrda Tovuzda, 13 oktyabrda Qaxda və 15 oktyabrda Bakıda gözləyirik. Əlaqə üçün: 050 224 03 19 Gülbəniz Qənbərova Qeyd: Azərbaycan Kənd Qadınları Assosiasiyası kəndlərdə yaşayan az təminatlı işsiz qadınların bir araya gələrək qrup biznesi yaratmasını istiqamətləndirən qurumdur. İsmayıllı, Şəki,  Balakən, Qax, Zaqatala, Ağcabədi, Ağdam, Goramboy, Bərdə, Tərtər, Gədəbəy, Tovuz, Ağstafa, İmişli, Lənkəran, Masallı, Neftçala, Beyləqan, Saatlı və Sabirabad rayonları olmaqla, 20 rayonda 44 Qadın İnkişaf və Müəssisə Qrupları artıq fəaliyyət göstərir.



Şərhlər

XƏBƏR LENTİ