SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » “Qapalı Mədəniyyət Evi, açıq bazar: Fəridə Babayeva işəgötürmə adıyla kimləri aldadıb?

“Qapalı Mədəniyyət Evi, açıq bazar: Fəridə Babayeva işəgötürmə adıyla kimləri aldadıb?

Tarix:

Bu gün, 16:58

/ 94 dəfə oxundu.
“Qapalı Mədəniyyət Evi, açıq bazar: Fəridə Babayeva işəgötürmə adıyla kimləri aldadıb?

Səngəçal qəsəbə Mədəniyyət evində kreslo davası...

Qaradağ rayonu Səngəçal qəsəbəsi. Burada “mədəniyyət” deyəndə insanların ağlına ilk növbədə xalq musiqisi, teatr və kitabxana yox, pulla işə düzəltmə bazarı gəlir. Söhbət Səngəçal qəsəbə Mədəniyyət evindən gedir - qapısı daim bağlı, içərisində yalnız bir direktor, bir köməkçi-mühasib və iki xadimənin çalışdığı müəssisədən.

Əslində “çalışdığı” sözünün özü də müəyyən qədər mübaliğədir. Çünki direktor Fəridə Babayeva işə çıxmaqla bağlı heç bir aktivlik göstərmir. Onun daha çox Bakıda qalması, Mədəniyyət evinə isə ayda bir-iki dəfə hava almağa gəlməsi müşahidə olunur. Amma görünür, bu hava xeyli bahalıdır. 3000-3500 manat arası dəyəri var...

"İşə düzəldən" Mədəniyyət evi?

 AzFakt.com-a daxil olan məlumatda iddia olunur ki, Fəridə Babayeva bir neçə qəsəbə sakinindən işə düzəltmək vədi ilə qeyd olunan məbləğlərdə pul alıb. Amma alınan pulların bəzisi uzun-uzadı söz-söhbətdən sonra sahiblərinə geri qayıdıb. 

İşəgötürmə əməliyyatları isə direktor tərəfindən birbaşa deyil, daha “incə” yolla - köməkçisi Sevda xanımın (qəsəbədə Sveta kimi tanınır) vasitəsilə həyata keçirilir. Sevda xanım həm mühasibatlığa baxır, həm katiblik edir, həm də, necə deyərlər, "kadrlar şöbəsi" funksiyasını  yerinə yetirir.

"Köməkçi"yə vəd olunan kreslo

Deyilənə görə, direktor 3-4 aydan sonra pensiyaya çıxacağı səbəbindən Sevda xanımı inandırıb ki, tezliklə onun kreslosuna məhz o əyləşəcək. Kreslonun dəyəri nə qədərdir, bilinmir, amma görünür, bu kreslonun arxasında xeyli pul, söz və vəd var.




Qapısı bağlı Mədəniyyət evi, bəs içində nə var?

Qəsəbə sakinlərinin bildirdiyinə görə, mədəniyyət evinin qapısı daimi bağlı olur, burada nə tədbir var, nə təmir, nə də fəaliyyət. Ancaq “gizli fəaliyyət” kifayət qədər aktivdir -  pulla vəzifə vəd etmək, sonra isə vədin “təbiət qanunları” ilə buxarlanması.

Ən maraqlı sual isə budur: bu mədəniyyət evi nə işə yarayır? Tədbir keçirilmir, mədəniyyət təşviq olunmur, əməkdaş yoxdur, direktoru tapmaq olmur. Bəlkə də bu bir eksperimental layihədir – “iş görülmədən maaş alma modeli”.

"Krışalıq" və bölüşdürülən pullar

İddialara görə, direktorun arxasında Bakı Şəhər Mədəniyyət Baş İdarəsində “krışalıq edən” şəxslər dayanır. Çünki xanım direktor bir neçə yerdə bu barədə ağzından söz çıxarıb. Hansı ki, Baş İdarədəki “birlik zəncirində” konkret adlar da çəkilir. Amma onların dəqiqləşdirilməsi və ictimailəşdirilməsi növbəti sorğuların cavabından sonra açıqlanacaq.



Görəsən, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev bu "mədəni dramın" ssenarisindən xəbərdardırmı?..

Yazıda adları keçən şəxslərində fikirlərini dərc etməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ