Biləsuvar rayonunda pambıq yığımı zamanı qadınlar arasında dava düşüb.
Dava zamanı iki qadın ağır bədən xəsarətləri alıb.
Belə ki, xəsarət alan qadınlar - rayonun Ağayrı kənd sakini, 1990-cı il təvəllüdlü Aybəniz Bacəddin qızı Fərzullayeva və rayonun Nəsimi kənd sakini, 1961-ci il təvəllüdlü Xalidə Sərhad qızı Fərhadova müxtəlif dərəcli xəsarətlərlə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Məlumata görə, qadınlar sahədə pambıq yığımı zamanı bir - biri ilə mübahisə ediblər.
Faktla bağlı araşdırma aparılır.