SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bu telefonlarda “WhatsApp” İŞLƏMƏYƏCƏK

Bu telefonlarda “WhatsApp” İŞLƏMƏYƏCƏK

Tarix:

9-03-2021, 11:25

/ 671 dəfə oxundu.
Bu telefonlarda “WhatsApp” İŞLƏMƏYƏCƏK

"WhatsApp” messenceri köhnə “iPhone” modelləridə işləməyəcək.

Bu barədə “WABetaInfo” portalı məlumat yayıb.

Dəyişiklik proqramın iOS üçün son beta-versiyasında ortaya çıxıb. Belə ki, beta-versiyada iOS 9 və daha aşağı versiyalarda işləyən cihazlar üçün dəstək xidməti yoxa çıxıb. “WhatsApp”ın rəsmi resurslarında bu barədə hələlik bir məlumat yoxdur.

Hazırda messencerin “iPhone” üçün əməliyyat sistemlərinin rəsmi siyahısına iOS 9 və ya daha yeni versiyalar daxildir.

Qeyd edək ki, 1 yanvar 2021-ci ildən etibarən “WhatsApp” messenceri əməliyyat sistemləri iOS 9 və ya Android 4.0.3-dən yuxarı versiyalara yenilənməyən bir sıra cihazlarda işini dayandırıb.

Şərhlər

XƏBƏR LENTİ