Milyonlarla istifadəçi "WhatsApp"dan istifadə edə bilməyəcək
"Facebook"a məxsus populyar "WhatsApp" mobil messenceri 2020-ci ildə dünyada milyonlarla mobil cihazda işləməyəcək...
"Report" "Daily Mail"ə istinadən xəbər verir ki, söhbət köhnə "Windows Mobile", "Android" və iOS əməliyyat sistemlərində (ƏS) işləyən qurğulardan gedir.
Belə ki, bu əməliyyat sistemləri messenceri texniki inkişaf üçün lazım olan imkanlarla təmin etmədiyinə görə onların dəstəklənməsi dayandırılacaq. O cümlədən 2019-cu il dekabrın 31-dən etibarən messencer "Windows Phone" sistemli telefonlar tərəfindən dəstəklənməyəcək. Elə eyni gündə "Microsoft" bu ƏS-in onuncu versiyanın dəstəklənməsini dayandıracaq. 2020-ci il fevralın 1-dən isə "WhatsApp" 2.3.7 və daha köhnə versiyalı "Android", 8-ci versiya da daxil olmaqla iOS sistemli cihazların sahiblərində işləməyəcək.
Bu əməliyyat sistemlərinə sahib istifadəçilər messencerdə yeni hesablar yarada və mövcud olanları yoxlaya bilməyəcəklər.
"WhatsApp" "Android 4.0.3" və daha sonra yaradılmış sistemlərlə işləyən mobil cihazlarda, həmçinin iOS 9 və daha gənc sistemli smartfon və planşetlərdə işləyəcək.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub