SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Azərbaycanda iranlı iş adamının şok əməlləri - TƏFƏRRÜAT

Azərbaycanda iranlı iş adamının şok əməlləri - TƏFƏRRÜAT

Tarix:

11-01-2021, 12:45

/ 798 dəfə oxundu.
Azərbaycanda iranlı iş adamının şok əməlləri - TƏFƏRRÜAT

Azərbaycanda cinayət törətməkdə ittiham olunan İran İslam Respublikasının vətəndaşı, iş adamı Rahimi Abbas Mohammadinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Rahimi Abbas Mohammadinin barəsində Cinayət Məcəlləsinin 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə), 318.1-ci (Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə), 32.4, 320.1-ci (iştirakçılıq, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rahimi Abbas Mohammadi Cinayət Məcəlləsinin 312.2, 318.1 və 32,320.1-ci maddələri ilə təqsirli bilməyib. O, özünü yalnız Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirli bilib.

Rahimi Abbas Mohammadi bildirib ki, əslən azərbaycanlıdır: “Ata tərəfim Təbriz, ana tərəfim isə Ərdəbildəndir. 2015-ci ildə Azərbaycan Respublikasına gəlmişəm, bizneslə məşğul olmağa başlamışam və Bakı şəhərində yaşamışam. Həmişə qanuni yolla Azərbaycan Respublikası vətəndaşına məxsus şəxsiyyət vəsiqəsi almaq istəmişəm. Bakı şəhərində yaşadığım müddət ərzində bir müddət 4-cü mkr dairəsinin yaxınlığında yerləşən “Xan bağı” restoranını icarəyə götürüb, işlətmişəm. Bakı şəhərində olduğum müddətdə Cabir adlı şəxslə tanış oldum. Həmin şəxs maşın ustası idi. Bir dəfə söhbət əsnasında həmin şəxs mənə bir nəfər şəxsin İran İslam Respublikası vətəndaşlarına rəsmi qaydada Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini verə bildiyini dedi. Həmin şəxsin kimliyi barədə israr etdikdə isə həmin şəxsin polis əməkdaşı olduğunu bildirdi. Sonra həmin şəxslə telefon vasitəsilə əlaqə saxladı. Həmin şəxsin nömrəsini mənə verməsini xahiş etsəm də, tanışım həmin dediyi şxsin nömrəsini mənə vermədi və özünün əlaqə saxlayacağını bildirdi”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, təxminən iki həftədən sonra, 2018-ci ilin mart ayında həmin polis əməkdaşı tanışım olan şəxslə onun işlətdiyi restorana gəlib: “Həmin vaxt polis əməkdaşı mənə şəxsiyyət vəsiqəsi almaq üçün lazım olan sənədlər barədə məlumat verərək, qan qrupumun, tibbi arayışın, 4 ədəd fotoşəkilin, əgər evlidirsə, nikah haqqında şəhadətnamənin surətinin və İran İslam Respublikası vətəndaşının pasportunun surətinin lazım olduğunu bildirdi. Həmin şəxsə lazım olan sənədləri özümün gətirib verməsini bildirdi. Polis əməkdaşı Cabirlə sənəd işini həll edəcəklərini dedi”.




Rahimi Abbas Mohammadi qeyd edib ki, təxminən iki-üç həftədən sonra Cabir ona zəng edib: “Həmin vaxt Cabirə Ucar rayon polis şöbəsinə gedib və qəbuluna düşməsə, şəxsiyyət vəsiqəsi almaq istəmədiyini, həmin şəxsiyyət vəsiqəsinin saxta olması qənaətinə gələcəyimi bildirdim. Mühəndisin sözünə inanmadım, həmin polis şöbəsinə özüm gedib söhbət etmək istədim. Bir neçə gündən sonra bir nəfər azərbaycanlı dostumdan məni Ucar rayon polis şöbəsinə aparmasını xahiş etdimr. Ucar rayon polis şöbəsinə gedərək növbətçi hissədən həmin polis əməkdaşının harada olmasını soruşdum. Mənə həmin polis əməkdaşının iş otağının yerini başa saldılar. Mən də həmin otağı tapdım. Özümü təqdim etdikdən sonra həmin polis əməkdaşı mənə şəxsiyyət vəsiqəsini tez bir zamanda rəsmi qaydada hazırlaya biləcəyini və bunun üçün bəzi sənədlərə imza etmək lazım olduğunu dedi. Bundan sonra həmin polis zabitinin verdiyi anketlərdə soyadımı, adımı və ata adımı yazdım, Şahin məndən fotoşəkillərini təqdim etməsini istədikdə, mən də Şahinə əvvəlcədən çəkdirdiyim fotoşəkillərimi verdim”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, bundan başqa Şahin ondan nikah bağlanması haqqında şəhadətnamənin surətini istəyib: “Şahinin yanına hazır getdiyimə görə bütün sənədlərinin surətlərini ona təqdim etdim. Bir neçə gündən sonra şəxsiyyət vəsiqəsi təqdim edildi. Mən də səhəri gün Yasamal rayonunda yerləşən ASAN Xidmət mərkəzinə ərizə ilə müraciət etdim, ümumvətəndaş pasportu almaq istədiyimi bildirdim. Orada mənim ərizəmi qəbul edib, 160 manat dövlət rüsumu ödədim, bir günə həmin pasportu aldıqdan sonra pasportunun saxta olmadığını başa düşdüm. Həmin pasportdan istifadə edərək Türkiyə və Gürcüstana gedib-gəldim, sərhəddə heç bir problemlə üzləşmədim”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Cabir ona verməli olduğu 2.800 manatlıq 2 kq zəfəranın pulunu Şahinə verdiyini deyib: “Cabir həmin pulu Şahinə mənim üçün gördüyü işin müqabilində verdiyini dediyindən, mən də Cabirdən həmin pulu istəmədim. Özüm şəxsən Şahinə hər hansı məbləğdə pul verməmişəm”.

Rahimi Abbas Mohammadi ifadəsinin davamında isə göstərib ki, Hüseyn Bəhirainə 20000 ABŞ dolları məbləğində pulun qarşılığında Azərbaycan Respublikası vətəndaşına məxsus şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı göstərilənlər həqiqəti əks etdirmir: “Mənə verilən 20000 ABŞ dolları məbləğində pul Hüseyn Bəhirainə şəxsiyyət vəsiqəsinin alınması ilə bağlı deyil, Azərbaycan Respublikasında gördüyüm biznes işinin qarşılığında borcu olan şəxsin borcunu qaytarması ilə bağlı ödənilən pul olub. Şahin tərəfindən mənə verilən şəxsiyyət vəsiqəsinin, daha sonra Asan Xidmət mərkəzindən əldə etdiyim ümumvətəndaş pasportunun mənə qanuni şəkildə verildiyini düşünmüşəm. Həmin şəxsiyyət vəsiqəsinin və pasportun əldə edilməsinin, o cümlədən həmin şəxsiyyət vəsiqəsindən və pasportdan istifadə edilməsinin qanunsuz olduğunu, bir sözlə həmin əməllərin cinayət olduğunu bilməmişəm”.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rahimi Abbas Mohammadi 8 min manat mqidarında cərimə olunub.

Onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunub və məhkəmə zalından azadlığa buraxılıb.

Şərhlər

XƏBƏR LENTİ