SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » 3 şirkət sahibi olan şəxs məhkəmə zalında QANDALLANDI

3 şirkət sahibi olan şəxs məhkəmə zalında QANDALLANDI

Tarix:

25-05-2021, 12:38

/ 789 dəfə oxundu.
3 şirkət sahibi olan şəxs məhkəmə zalında QANDALLANDI

Azərbaycanda rəsmi olaraq adına 3 şirkət olan və xarici ölkələrdə ayrı-ayrı şəxslərə qarşı cinayət əməlləri törətməkdə ittiham olunan iş adamı həbs edilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət verməkdə və Azərbaycandan kənarda olan ayrı-ayrı şəxslərə qarşı cinayət törətməkdə ittiham olunan 1961-ci il təvəllüdlü Ağamirov Elbrus Mircəlal oğlunun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmdən əvvəl məlum olub ki, Elbrus Ağamirov məhkəmənin sonuncu çağırışlarına məhəl qoymayaraq proseslərə gəlməyib.

Məhkəmənin hökmü ilə barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilmiş Elbrus Ağamirov 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə zalından həbs edilib.

İttihama görə E.Ağamirov bir neçə nəfərdən vəzifəli şəxslərə rüşvət vermək adı ilə pul alıb.

Məlum olub ki, E.Ağamirov Cinayət Məcəlləsinin 12.1-1-ci (Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törədikləri korrupsiya cinayəti və qulluq mənafeyi əleyhinə olan digər cinayətə görə xarici dövlətdə məhkum olunmayıblarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər) və 312.2-ci (Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham olunub.

Qeyd edək ki, Elbrus Ağamirov üç şirkətin qanuni təmsilçidir. Həmin şirkətlər "Elbrus Logistics" MMC, "Tandem-M" MMC və "Unikal Supply Group" MMC-dir.

Şərhlər

XƏBƏR LENTİ