SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Cavid Qurbanov virusdan belə qorunur - "Spirtlə təkcə əllərini yumur..."

Cavid Qurbanov virusdan belə qorunur - "Spirtlə təkcə əllərini yumur..."

Tarix:

13-07-2020, 10:14

/ 3 369 dəfə oxundu.
Cavid Qurbanov virusdan belə qorunur - "Spirtlə təkcə əllərini yumur..."

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovla bağlı redaksiyamıza maraqlı informasiya daxil olub. Məlumatlı mənbə dia.az-a açıqlamasında iddia edir ki, koronavirus pandemiyasının geniş vüsət aldığı bir dönəmdə ADY sədri tədbirli davranmağa çalışır və bu səbəbdən artıq 1 aya yaxındır ki, işdə az-az görünür, əsas olaraq Bakı kınarındakı bağlarının birində qalmağa üstünlük verir.

Mənbə dia.az-a bildirir: "Cavid Qurbanov işçiləri ilə canlı təmasları demək olar ki dayandırıb. Kiminləsə görüşmür. Ehtiyatlı davranır, hətta ən yaxın adamları belə onunla yalnız telefonla danışa bilirlər".

Mənbə onu da əlavə edib ki, Cavid Qurbanov Bakıdakı bağların birində istirahətlə məşğuldur. Dia.az-a deyilənlər: "Hər gün həmin bağa ərzaqla yanaşı, müxtəlif içki məhsulları da daşınır. Görünür, baş dəmiryolçumuz spirtlə təkcə əllərini yumur..."

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Şərhlər

XƏBƏR LENTİ