SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan

“Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan

Tarix:

6-04-2018, 13:48

/ 2 024 dəfə oxundu.
“Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan

“Nar”-ın ənənəvi olaraq dəstək verdiyi “Brain Ring” intellektual bilik yarışlarının onuncu mövsümü davam edir. Yarışlarda respublikanın 15 bölgəsi və 10 ali məktəbini təmsil edən 32 komanda bilik mübarizəsi aparır.

xalqxeber.az xəbər verir ki, hər il olduğu kimi, “Brain Ring” intellektual yarışlarının yayımı zamanı televiziya tamaşaçıları üçün xüsusi bir müsabiqə keçirilir. Belə ki, verilişin yayımı zamanı “Nar”-ın “Twitter” hesabında qoyulan suala ən tez cavab verən izləyicilər xüsusi hədyyələr qazanırlar. “Brain Ring” həvəskarları bu intellektual yarışı izləmək fürsəti ilə yanaşı, həm də “Nar”-dan hədiyyə qazanmaq şansı əldə edirlər.

Mart ayının qalibləri olan “Twitter” istifadəçilərinin adları artıq məlumdur: Rauf Hacımuradov (twitter.com/Rauf_H) və Kənan Yusifli (twitter.com/Kenan_Yusifli).

Ətraflı məlumatı @salamnar “Twitter” hesabından əldə etmək mümkündür.

“Azerfon” MMC (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini istifadəyə verib. Mobil operator səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Şərhlər

XƏBƏR LENTİ