“Nar”ın dəstəyi ilə “Brain Ring” intellektual yarışlarının yeni mövsümü başladı
Təhsil və elmə, mədəniyyət və maariflənmənin təbliğinə xüsusi önəm verən “Nar” intellektual bilik yarışlarını dəstəkləməyə davam edir. Artıq bir neçə ildir ki, “Brain Ring” yarışının sponsorluğunu öz üzərinə götürmüş mobil operator bu il də məşhur bilik yarışlarının baş sponsoru oldu.
xalqxeber.az xəbər verir ki, mart ayında “Brain Ring” intellektual bilik yarışlarının növbəti – onuncu mövsümü start götürdü. “Brain Ring” bilik yarışlarında respublikanın 15 bölgəsi və 10 ali məktəbini təmsil edən 32 komanda iştirak edir. İyun ayınadək davam edəcək yarışlar hər həftənin bazar günü AzTV vasitəsilə yayımlanır.
“Nar” gəncləri stimullaşdırmaq üçün müxtəlif səpkili bilik yarışları, intellektual oyunları dəstəkləməyə çalışır və bununla da onların elmə, təhsilə, biliyə olan marağını artırmağa səy göstərir, maariflənməni təşviq edir. Artıq dördüncü “Brain Ring” mövsümüdür ki, televiziya tamaşaçılarının yarışlara olan marağını daha da artırmaq məqsədilə “Brain Ring” və “Nar” onlayn müsabiqə keçirirlər. Belə ki, verilişin yayımı zamanı “Nar”-ın “Twitter” hesabında qoyulan suala ən tez cavab verən izləyicilər xüsusi hədyyələr qazanırlar. Beləliklə, “Brain Ring” həvəskarları bu intellektual yarışı izləmək fürsəti ilə yanaşı, həm də “Nar” operatorundan hədiyyələr qazanmaq şansı əldə edirlər.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...