SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Seçkiyə ay yarım qalmış… Suraxanı başçısı sosial gərginlik yaradır – Aksiya

Seçkiyə ay yarım qalmış… Suraxanı başçısı sosial gərginlik yaradır – Aksiya

Tarix:

27-02-2018, 08:04

/ 1 475 dəfə oxundu.
Seçkiyə ay yarım qalmış… Suraxanı başçısı sosial gərginlik yaradır – Aksiya

Fevralın 24-də Bakının Bülbülə qəsəbəsi, S.Əliyev küçəsinin sakinlərinin etiraz aksiyası nəticəsiz qaldı.

Bərbad yolların təmirinə başlanmayıb.

Camaatın tələbinə Suraxanı icra başçısı İlqar Abbasov tərəfindən heç bir reaksiya olmayıb. RİH-nin rəsmi açıqlaması belə olmayıb. Camaat isə yolu bağlamışdı.
Seçkiyə ay yarım qalmış prezidentə qarşı ciddi təxribat sayılacaq sosial gərginlik yaratmış icra başçısı tükünü də tərpətmir.
Məhəllədaxili yolların illərdir keçilməz bataqlıq vəziyyətində olmasına etiraz olaraq aksiya keçirən sakinlərin problemini vaxtında həll etmək olardı, vətəndaşlarla görüşmək mümkün idi.
Amma Suraxanı rayon icra başçısı İlqar Abbasov kabinetindən xidməti maşına minərək öz şəxsi işlərinin arxasınca gedir, əhalinin dərd-səri ilə maraqlanmır. Nəticədə sosial partlayış baş verir, camaat çıxıb aerport yolunu bağlayır.
Bu, dövlətin sosial siyasətinə məmurlar tərəfindən təxribat deyilmi? Prezident dəfələrlə bildirib ki, icra başçılarına təyin edərkən xalqla işləməyi tapşırır.
Milli Məclis üzvləri və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri Prezident Administrasiyasına “quyu qazır”
Ölkə rəhbərliyinin daxili siyasət konsepsiyasına xəyanət edən deputatlar və icra başçıları islahatların düşməni rolunda iştirak edirlər.
Referendumdan əvvəl də, sonra da millət vəkilləri və rayon icra hakimiyyəti başçıları arxadan zərbə vurmaqdadırlar.
PA rəsmiləri ölkədə ciddi islahatlar olacağı haqda bəyanatlar verərkən mandatlı məmurlar və bölgələrin quberantorları öz şahənşah həyatını yaşamaqdadırlar.
2015-ci il parlament seçkiləri ərəfəsində seçicilərin arxasınca sürünən və vədlər verən deputatlar indi iqtisadi böhran nəticəsində yoxsullaşmış əhali ilə nə görüşür, nə də qəbullar keçirirlər.
Eyni siyasəti icra hakimləri də davam etdirirlər. Rayonlarda əhali qan ağlayır, evsiz-eşiksiz, kasıb, səfalət içində yaşayan ailələr can verir, problemlər məngənəsində boğulan kəndlilər və rayon camaatı saysız-hesabsız şikayətlər yazırlar.
Lakin onların imdadını eşidən yoxdur. İcra başçıları da, deputatlar da vətəndaşların evlərinə getməlidirlər, qapılarını döyməlidirlər, icra nümayəndələri tək-tək insanların vəziyyəti ilə maraqlanmalıdır.
İ.Abbasov isə Suraxanıya rəhbərlik etdiyi dövrdən əlini ağdan qaraya vurmayıb, bir küçəni yamaq eləməyib, bir yola asfalt döşətməyib.
Halbuki, büdcənə maliyyə ayrılır. Təbii ki, bu tənqidlərdən böyük pay həm də Saleh Məmmədovun rəhbəri olduğu Azərbaycan Avtomobil Yolları Agentliyinə düşür.
Lakin ilk növbədən Suraxanı RİH məsuliyyət daşıyır və yolların, ara küçələrin abadlaşdırılması bu qurumun borcudur.
Dövlətin pullarını havaya sovura İ.Abbasov isə təkcə Bülbülədəki S.Əliyev küçəsini bərbad gündə saxlamayıb, eləcə də Qaraçuxur qəsəbəsi, Yeni Suraxanı, Ərəblinka deyilən ərazi, Yeni Günəşliyə gedən yollar fəlakət içindədir.
Qaraçuxurdan Yeni Günəşliyə gedən gedən yolda iki məktəb yerləşir. Ancaq aylardır ki, yolları qazıb pis günə qoyublar, düzəltməyiblər, məktəblilər də qışın çağında işgəncə çəkirlər.
Onu da deyək ki, sözügedən etiraz aksiyası ilə bağlı yolda nəqliyyatın hərəkəti təxminən iki saat ərzində dayanıb, böyük tıxac yaranıb, hadisə yerinə Suraxanı rayon Polis İdarəsinin əməkdaşları gəlib.
Polislər etiraz aksiyası iştirakçılarını yoldan kənarlaşdırmağa çalışıblar, lakin Suraxanı rayon İcra Hakimiyyətinin məsul şəxslərindən heç kim aksiyaçıların qarşısına çıxmayıb. Təxminən iki saat sonra aksiyaçılar polisin dağılışmaq tələblərinə riayət edərək yolu açıblar.
Lakin palçıqlı yollardan cana doymuş sakinlər başqa formalarda aksiyaları davam etdirəcəklərini deyiblər. Sakinlər bildirirlər ki, onlar 25 ilə yaxındır bu ərazidə məskunlaşıblar.
Minlərlə sakinin yaşadığı bu yaşayış məhəlləsində ən ciddi problem məhəllədaxili yolların payız-qış aylarında bataqlığa çevrilməsidir. Həftənin cümə günü rayonların icra başçılarının əksəriyyətini tapmaq olmur.
Ona görə də hər hansı rayonda bir insident baş verəndə məlum olur ki, icra başçısı yerində deyil. Bu da referendumdan sonra hakimiyyətin yeni islahatlar paketinə zidd fəaliyyətdir.
Belə demək olarsa, deputatlar və rayon icra başçıları PA-ya xəyanət edir, onun budaqlarını baltalayır, xalqla üz-üzə qoyur.
Artıq gələn həftədən etibarən həmin icra başçıları və deputatlar haqda ayrı-ayrılıqda araşdırmalara başlayırıq. Bu özbaşınalıq və saymamazlığın, vətəndaşlara qarşı sayğısızlığın da səbəbləri var.
Həmin millət vəkilləri və icra başçılarının bir çoxu hansısa nazir və ya komitə sədri tərəfindən himayə olunur.
Onlar arxayındılar ki, bu vəzifədə qalmağa hamilik edən nazirlər kömək edir və heç bir şikayətin əhəmiyyəti yoxdur.

FİA,Az

Şərhlər

XƏBƏR LENTİ