SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bülbülə sakinləri Suraxanı İcra Hakimiyyətindən narazılıq edirlər - VİDEO

Bülbülə sakinləri Suraxanı İcra Hakimiyyətindən narazılıq edirlər - VİDEO

Tarix:

5-04-2018, 09:46

/ 1 761 dəfə oxundu.
Bülbülə sakinləri Suraxanı İcra Hakimiyyətindən narazılıq edirlər -  VİDEO

Redaksiyamıza Suraxanı rayonundan gələn çoxsaylı zənglərdən sonra çəkiliş heyətimiz sözügedən rayona yollandı. Sakinlərlə söhbət əsnasında məlum oldu ki, bu rayonda yerləşən Bülbülə qəsəbəsinə iki həftədir təbii qaz verilmir. Bundan başqa, yerli camaat yollardakı baxımsızlıqdan şikayətləndilər. Onu da qeyd edək ki, Bülbülə qəsəbəsi “40 illik Oktyabr” küçəsinin sakinlərinin bildirdiyinə görə, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin işçiləri buradakı yolları bərbad hala qoyub gediblər. Hansı ki, sakinlərinin iddiasına görə, onlar həmin yolu öz hesablarına asfaltlamışdılar.

Məsələ ilə əlaqədar əlbəttə ki, ilk öncə Suraxanı rayonu İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İş vaxtı olmasına baxmayaraq, nə başçı İlqar Abbasov , nə müavinləri – Rəşad Hacıyev, nə Etibar Yolçuyev, nə Afət Həsənova, nə Rüstəm Əlibəyli, nə də şöbə müdirlərindən heç kim dəstəyi qaldırmadı. Halbuki, günlərdən iş günü idi.

Bülbülə qəsəbəsinin problemlərinin həlli ilə bağlı ilk əvvəl “Azəriqaz” İctimai Birliyi ilə əlaqə saxladıq.

Bu dəfə Bülbülə əhalisini incidən “Azərsu” ASC ilə də əlaqə yaradıb, idarənin mövqeyini öyrənməyə cəhd göstərdik.

Verilən nömrəyə də zəng vurduq. Amma xətt məşğul idi. Özü də uzun müddətlik olduğundan əlaqəmiz baş tutmadı. Işi belə görüb, yenidən Suraxanı rayon icra hakimiyyətinə telefon açdıq. Nəhayət ki, informasiya şöbəsindən Fərxudar müəllimi tapıb, onu məsələdən agah etdik:

Bu da həmkarımızın bizə qoyduğu hörmət: dəstək üzümüzə qapandı.

Cənab prezident İlham Əliyev məmurlara xüsusi göstəriş verib:

Dövlət məmurları və ailə üzvləri özlərini təvazökar aparmalıdırlar. Dövlət məmurları hesab etməməlidirlər ki, xüsusi statusları var. Onların statusu insanlara xidmət etmək, insanların problemlərini həll etmək, onlara qayğı göstərmək, insanları incitməməkdir. Əksinə, insanlara qayğı, diqqət göstərməlidirlər və problemlərini həll etməlidirlər. Məmurların fəaliyyətinə qiymətdə bu, əsas rol oynayacaq.

Buna baxmayaraq, Suraxanı rayon icra başçısı İlqar Abbasov ölkə rəhbərinin tapşırığına dırnaqarası münasibət göstərir. Daha doğrusu, “Burda mənəm, Bağdadda kor xəlifə” deyibən sakinlərin problemlərinə qarşı laqeydlilik göstərməkdədir.

Azyaşlılar, ahıllar, qız-qadınlar mart ayının soyuq havalarında təbii qazdan istifadə edə bilməyiblər. Kimisi qohum-əqrabaya, kimisi ana-atasıgilə üz tutmaq məcburiyyətində qalıb. Bu isə görünür, rayon başçısı kimi İlqar Abbasovu qətiyyən maraqlandırmır. Halbuki, sakinlər dəfələrlə icra hakimiyyətinə problemləri ilə bağlı müraciətlər ediblər. Hələ də ümidverici vədlər...

Məsələyə qayıdacağıq.

MEDİATV

Şərhlər

XƏBƏR LENTİ