XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Qubanın yeni icra başçısı ilə bağlı maraqlı fakt

Qubanın yeni icra başçısı ilə bağlı maraqlı fakt

Qubanın yeni icra başçısı ilə bağlı maraqlı fakt
9-12-2017, 16:41

Qubanın yeni təyin edilən icra başçısı Ziyəddin Əliyevin bioqrafiyası barədə Rayon İcra Hakimiyyətinin rəsmi saytına heç bir məlumat yerləşdirilməyib.

xalqxeber.az axar.az-a istinadən xəbər verir ki, Yaşar Məmmədovun yerinə təyinat alan Z.Əliyev prezident tərəfindən "Əməkdar mühəndis" adı ilə təltif edilib.

Amma onun əvvəlki iş yeri olan Azəravtoyol ASC-də hansı vəzifəni daşıdığı haqda da heç bir informasiya yoxdur.

Yalnız internet resurslarında axtarış apararkən 2013-cü ildə "Respublika" qəzetində çap olunmuş məqalədə məlum olur ki, həmin ilin fevralında Z.Əliyev "Azəryolservis” ASC 81 saylı Yol-istismar idarəsinin rəisi təyin olunub.

Bu idarə Binəqədi rayonunda yolların asfaltlanması, təmir-tikintisi, genişləndirilməsi ilə məşğuldur.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.