Qubanın başçısı Ziya Məmmədovun adamlarını “təmizləyir”
Qubanın sabiq icra başçısı Yaşar Məmmədova yaxın kadrlar istefa verməyə başlayıblar
Palitika.Az-ın məlumatına görə, Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini öz vəzifəsindən gedib.
İcra başçısının birinci müavini Yusif Abidov işdən çıxması ilə bağlı ərizəni ötən həftə imzalayıb. Onun işdən ayrılma səbəbi məlum deyil.
Y.Abidovun yerinə hələlik heç bir təyinat yoxdur. Lakin onun gedişi Y.Məmmədovun vəzifədən çıxarılması və yeni icra hakimi Ziyəddin Əliyevin təyinatı ilə eyni dövrə təsadüf edir.
Yaxın günlərdə başçı müavini Nəsrulla Vəliyev, Rəxşəndə Bayramova, başçı köməkçisi Nicat Əfəndiyev, baş mühasib Pənah Qurbanəliyev vəzifədən gedə bilər.
Təzə icra başçısı komandanı “təmizləyir” və öz adamlarını postlara yerləşdirməyə hazırlaşır.
Qubanın keçmiş icra başçısı Yaşar Məmmədov sabiq nəqliyyat naziri Ziya Məmmədovun dayısı oğludur. Onun gedişindən sonra Qubadakı kadrları “təmizlənir”.
Ümumiyyətlə, Quba Ziya Məmmədovun uzun müddət kurasiyasında olub. Hətta Rauf Həbibov da keçmiş nazirin kadrı idi.
Quba üsyanı olandan sonra Ziya Məmmədov xalqın qabağına çıxaraq üzr istəmişdi. Lakin ondan Qubanı ala bilmədilər və dayısı oğlu Yaşar Məmmədov icra başçısı təyin edildi.
Y.Məmmədov işlədiyi 2 ildə Qubada heç bir iş görməmişdi. Yaşar Məmmədov 3 il əvvəl Ucar rayon rəhbəri olarkən dövlət büdcəsindən ayrılmış 4 milyon 700 min manat pulu təyinatı üzrə xərcləməyib.
O, qeyd olunan məbləği mənimsədiyi üçün nəticədə 4 kəndin əhalisi yolsuzluqdan əziyyət çəkir.
Məmmədov Yaşar Qəhrəman oğlu 14 dekabr 1956-cı ildə Bakı şəhərində anadan olub. SSRİ Daxili İşlər Nazirliyinin Minsk Ali Məktəbini bitirib. İxtisasca hüquqşünasdır.
Əmək fəaliyyətinə 1974-cü ildə Azərbaycan SSR Avtomobil Nazirliyinin Sənaye Müəssisələr İdarəsinin "Avtodetal" zavodunda başlayıb. 1975-1977-ci illərdə hərbi xidmətdə olub.
1977-2010-cu illərdə Azərbaycan SSR və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili işlər orqanlarında milis nəfəri, müdavim, əməliyyat müvəkkili olub.
Sonra baş əməliyyat müvəkkili, cinayət axtarış bölməsinin rəisi, polis bölməsinin rəisi, polis şöbəsinin rəis müavini vəzifələrində xidmət edib, Daxili İşlər orqanlarındakı sonuncu iş yeri Ağdaş rayon Polis şöbəsinin rəisi vəzifəsi olub.
2010-cu ilin aprel ayından 2015-ci ilin yanvar ayına kimi Ucar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalşıb.
Azərbaycan Respublikası Prezidentinin 27 yanvar 2015-ci il tarixli Sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?