SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bakıda Şaxta baba olmaq üçün müraciət edənlərin sayı açıqlandı

Bakıda Şaxta baba olmaq üçün müraciət edənlərin sayı açıqlandı

Tarix:

8-12-2017, 11:35

/ 2 320 dəfə oxundu.
Bakıda Şaxta baba olmaq üçün müraciət edənlərin sayı açıqlandı

Bakıda Yeni ildə Şaxta baba olmaq üçün 3 nəfər müraciət edib.

Bu barədə Trend-ə özəl açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyib.

Qurum rəsmisi bildirib ki, daxil olan müraciətlər araşdırılır: “Hələlik müraciətlərə cavab verilməyib. Yaxın günlərdə müraciətlərə baxılacaq. Şaxta baba və Qar qızın fəaliyyət göstərməsinə dekabrın 15-dən sonra icazə veriləcək”.

Ə.Bağırov əlavə edib ki, artıq paytaxt ərazisində parklarda və digər ərazilərdə Yeni il ağaclarının quraşdırılmasına da başlanılıb.

Şərhlər

XƏBƏR LENTİ