SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Evə 130 manata gəlirlər... - Şaxta Baba biznesi...

Evə 130 manata gəlirlər... - Şaxta Baba biznesi...

Tarix:

9-12-2017, 15:29

/ 2 183 dəfə oxundu.
Evə 130 manata gəlirlər... - Şaxta Baba biznesi...

Yeni il qabağı bir çox mobil telefon abunəçilərinə bayramla bağlı mesajlar gəlir. “Qafqazinfo” xəbər verir ki, budəfəki mesaj Şaxta Babanın evlərə çağırılması ilə bağlıdır. Mesajda qeyd olunur ki, Yeni il axşamı sevdiklərinizi Şaxta Baba və Qar qız təbrik edə bilər.

“Qafqazinfo” yeni il gecəsi Şaxta Baba ilə Qar qızın bir ailəyə neçəyə başa gələcəyi ilə maraqlanıb.

Bildirilib ki, əgər ev sahibi təkcə Şaxta baba istəsə, qiymət 100 manat olacaq. Şaxta Babanın yanında Qar qızın da gəlməsini istəsələr 130 manat ödəmək lazımdır. Əgər şəhərdən kənar yerlədən sifariş gələrsə qiymət 10 manat arta bilər. Şaxta Baba və Qar qızın uşaqlar üçün yarım saatlıq proqramları var. Artıq bizə sifariş üçün müraciət edənlər var”.

Şərhlər

XƏBƏR LENTİ