SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » ”Kontakt Home”-nin növbəti – FIRILDAĞI

”Kontakt Home”-nin növbəti – FIRILDAĞI

Tarix:

19-10-2017, 14:54

/ 110 292 dəfə oxundu.
”Kontakt Home”-nin növbəti – FIRILDAĞI

Kontakt Home müştərilərini aldatmaqda davam edir.

Belə ki, ”kontakt home”nin müştərisi narazılığını bölüşüb. Müştəri may ayında kontakt home’dən televizor alıb və ilkin ödəniş olaraq 36 AZN də verib.1 ay tam olmamış televizor xarab olub. ”Kontakt home”nin servisinə dəfələrlə müraciət edilib,lakin televizoru dəyişdirməyə yaxın durmayıblar və 4 ay uzadıblar. Müştəri ən sonda ”Kontakt home”nin baş ofisi ilə əlaqə saxlayıb və tərəflər arasında görüş keçirib.Bundan sonra servis televizorun düzəldilməsi üçün özündə saxlayıb,amma müştəri buna baxmayaraq ayba-ay öz kredit ödənişini edib. Bir ay heç bir xəbər almayan müştəri yenidən müraciət edib və televizor müştəriyə qaytarılıb və evdə Kontakt home mağazasının işçisi televizoru yoxlayıb,problem aradan qalxmayıb və geri aparıb. Servisdən televizorun qüsurlu ( deffekt) olduğu bildirilib.Əlacsız qalan müştəri kontakt home baş ofisinə təkrar müraciət edib.Baş ofisdən isə televizorun geri qaytarılmayacağı bildirilib və üstəlik kredit xəttinin bağlanması üçün əlavə 80 AZN ödəniş tələb olunub(müştəri ilkin ödənişlə birlikdə 220 AZN ödəyib ).

Yəni göründüyü kimi nə müştəriyə televizor geri qaytarılır, nə də ki krediti ləğv olunur,hələ üstəlik əlavə ödəniş istəyirlər.Müştərinin ayba-ay kontakta etdiyi ödənişi də nəzərə alan yoxdur. Görünür ”Kontakt home” üçün müştəri məmnuniyyəti əsas deyil.

Qarşı tərəfi də dinləməyə hazırdır.

Avanews.az

Şərhlər

XƏBƏR LENTİ