SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Ata Sığorta”dan şikayətlər bitmək bilmir... - Bu da növbətisi...

“Ata Sığorta”dan şikayətlər bitmək bilmir... - Bu da növbətisi...

Tarix:

8-04-2021, 15:30

/ 573 dəfə oxundu.
“Ata Sığorta”dan şikayətlər bitmək bilmir... - Bu da növbətisi...

Redaksiyamıza müraciət edən vətəndaş Rəvan Əliyev atası 3-cü qrup əlil Əliyev Əldursun Davud oğlunun öz şəxsi avtomobili ilə “Ata Sığorta” şirkəti tərəfindən icbari sığortalanan digər avtomaşınla yol nəqliyyat qəzası keçirdiyini deyir. O, 14 yanvar 2021-ci il tarixdən bu günə qədər atasına məxsus avtomaşına dəymiş ziyan məbləği sığorta şirkəti tərəfindən müxtəlif əsassız bəhanələrlə qarşılanmır:

“Çox təəssüf hissi ilə qeyd edirəm ki, sizə müraciətim şikayət məzmunludur. Şikayətim ölkədə sığorta fəaliyyətilə məşğul olan “Ata Sığorta” ASC ilə bağlıdır. Atam 3-cü qrup əlil,(sağ ayağı amputasiya olunub, protezlə hərəkət edir) Əliyev Əldursun Davud oğlu öz şəxsi avtomobili ilə “Ata Sığorta” şirkəti tərəfindən icbari sığortalanan digər avtomaşınla yol nəqliyyat qəzası keçirib. Hadisənin başvermə səbəbi DYP tərəfindən digər avtomobilin qayda pozuntusu səbəbindən olduğu müəyyənləşdirilib. 14 yanvar 2021-ci il tarixdən bu günə qədər bizə məxsus avtomaşına dəymiş ziyan məbləği sığorta şirkəti tərəfindən müxtəlif əsassız bəhanələrlə qarşılanmır. Avtoservisdə avtomobilə baxış keçirilib, yararsız hissələr siyahıda qeyd olunub və dəymiş ziyan aktı tərtib olunub. Həmin akt sığorta şirkətinə təqdim olundu. Lakin, məbləği qəbul etmədilər. Təkrar müstəqil ekspertiza təyin olundu. Yenə ekspertin rəydə göstərdiyi məbləği qəbul etmədilər. Sığorta şirkətinin ayırdığı pul məbləği ilə avtomobili təmir etdirmək mümkün deyil. Atam rayonda yaşayır, əlil adam 2 aydan çox müddətdir ki, maşınsız hərəkət edir və həmin maşınla taksi fəaliyyəti ilə də məşğul olub, ailəmizə çörək pulu qazanırdı. Bu məsələdə bizə yardımçı olacaq dövlət qurumlarına göstəriş verməyinizi sizdən çox xahiş edirik. Vətəndaşları bu qədər incidib əlacsız vəziyyətdə qoyacaq belə şirkətlər varsa, avtomobillərin məcburi icbari sığortaya cəlb olunmasını istəmirik”.

Məsələylə bağlı “Ata Sığorta” ASC-lə əlaqə yaratmağa çalışsaq da bu mümkün olmadı. Vətəndaşın redaksiyamıza gətirdiyi sənədlərən aydın olur ki, “Ata Sığorta” ASC avtomaşına dəymiş ziyan məbləğini müxtəlif əsassız bəhanələrlə qarşılanmır. Hətta, bununla bağlı müstəqil ekspertiza təyin olunsa belə, sığorta şirkəti ekspertizanın təyin etdiyi zərərin qiymətini də heçə sayıb.

QEYD: Mövzunu davam etdirəcəyik.
//hurriyyet.az//

Şərhlər

XƏBƏR LENTİ