7 sığorta şirkəti geriləyib - FOTO
Maliyyə Bazarlarına Nəzarət Palatası 2019-cu ilin yanvar ayı üzrə sığorta bazarının göstəricilərini açıqlayıb.
“Marja” Palataya istinadən xəbər verir ki, 2018-ci ilin Yanvar ayı ilə müqayisədə 2019-cu ilin Yanvar ayında 7 sığorta şirkətinin (“A-Qroup Sığorta Şirkəti” , “Atəşgah Həyat” Sığorta Şirkəti, “AXA MBASK” Sığorta Şirkəti , “AZSIĞORTA” , “Günay Sığorta”, “Qala Həyat” Sığorta Şirkəti və “Standard Insurance) hesabladığı sığorta haqları azalıb. 14 şirkət isə yığımlarını artırıb.
2019-cu ilin yanvar ayı üzrə hesablanmış sığorta haqları və sığorta ödənişləri haqqında məlumat (təcili məlumatlar əsasında) (min manatla)
Bu ilin yanvar ayında Azərbaycandakı 21 sığorta şirkətinin xətti ilə 88 milyon 195 min manat məbləğində sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,6% çoxdur.
Ay ərzində sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 17 milyon 156 min manat təşkil edib. Bu isə illik müqayisədə 25,4% azdır.
2019-cu ilin yanvar ayında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 19,45 manatı ödəniş edilib. 2018-ci ilin müvafiq dövründə bu göstərici 27,8 manat olub.



Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var