
Ölkədə inhisarçılığın əsas səbəbi məmurların sahibkarlıqla məşğul olması ilə əlaqədardır. Əgər bu aradan qaldırılarsa, biz həm də monopoliyanın aradan qalxmasına nail olarıq ki, bu da bizim üçün çox ciddi məsələdir.
Bildiyiniz kimi, məmurların sahibkarlıqla məşğul olması qanunla qadağandır. Azərbaycan müstəqillik əldə edəndən bəri bu qanun qüvvədədir. Lakin qanundan irəli gələn tələblərə əməl olunmur. Hətta bu qanun pozuntularını məmurlar özləri də bəzən etiraf edib.
Məmurların bizneslə məşğul olması ölkədəki inhisarçılıq mühitinin daha da dərinləşməsinə gətirib çıxarıb. Çünki, məmur fəaliyyəti bizneslə birləşəndə ancaq özünə yaxın və özünə aid olan şirkətlərin daha çox vəsait əldə etməsi, bazarda hegemon olması və inhisarçı olması üçün çalışır. Bu da Azərbaycanda rəqabətli mühitin sıradan çıxması ilə nəticələnir. Yəni Azərbaycanda illərdir ki, ən böyük problemlərdən biri rəqabətli mühitin olmaması, inhisarçılığın tüğyan etməsidir. Dövlət başçısı da bunu çıxışlarında deyir. Lakin bununla bağlı əməli addımlar atılmır.
Biznesmen-məmurlar haqqında gundemxeber.az-ın redaksiyasına daxil olan bu məlumatlar olduqca maraqlıdır. Belə ki, haqqında bəhs edəcəyimiz məmur təxminən yeddi il bundan öncə Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin direktor vəzifəsinə təyin olunan İntiqam Behbud oğlu Məmmədovdur. Bu vəzifəli şəxs Behzad adlı İran vətəndaşı ilə kərə yağı biznesinə girişib. Hər kəsə gün kimi aydındır ki, İranla ölkəmiz arasında bir çox gərginliklər olub və bu gün də davam edir. Münasibətlərin gərginləşməsi fonunda İran vətəndaşı olan Behzadla İntiqam Məmmədov iş birliyi qururlar. Belə ki, İran İslam Respublikasından "BUTTER" adlanan kərə yağları Behzad adlı İran vətəndaşının adına göndərilir. Göndərilən kərə yağları Azərbaycanda İntiqam Məmmədovun qızının həmtəsisçisi olduğu "BUTTER" şirkəti tərəfindən realizə edilir və milyonlarla manat civarında gəlir əldə edilir.
Azərbaycan hökuməti ilə İran hökuməti arasında münasibətlərin taraz olmadığı bir vaxtda, Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin direktorunun İranla işbirliyinə girməsi olduqca düşündürücü və təhlükəlidir. Təsəvvür edin ki, qonşu İranın ölkəmizə qarşı etdiyi xəyanətlərə baxmayaraq, Azərbaycan məmuru böyük qazanc naminə, bu ölkə ilə işbirliyində bulunur. Belə bir qaranlıq işlərin içindən çıxan Ticarət və Xidmət Departamentinin direktoru İntiqam Behbud oğlu Məmmədovdur.
Beləcə, Behzadı ələ alaraq, ölkəmizə yağ gətirilməsini öz kurasiyasına salır. Behzada Bakıda yaşamasına şərait yaradır və onu evlə təmin edir. Bundan sonra İrandan göndərilən kərə yağları Behzadın adına rəsmiləşdirilir. Azərbaycana tonlarla gətirilən kərə yağlarının satışını təşkil etmək üçün departament direktoru İntiqam Əliyev qızının və Behzadın həmtəsisçiliyi ilə "BUTTER" adlı şirkət açır. Adıçəkilən şirkət bu işlərin təşkil olunmasında və Azərbaycanda böyük marketlərdə İrandan idxal edilən kərə yağlarının satışının həyata keçirilməsində əsas rol oynayır.
Yeri gəlmişkən xatırladaq ki, kərə yağı idxalı İntiqam Məmmədovun əl qoyduğu yeganə biznes növü deyil. İnternetdə onun topdağıtmaz sərvəti, ailə üzvlərinin avtomobil kolleksiyası, sahibkarları incitməsi barədə çoxsaylı informasiyalar vardır.
GundemXeber.Az