
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin vətəndaşlarının İrandan təxliyəsi məsələsində Azərbaycanın dəstəyinə görə Prezident İlham Əliyevə təşəkkür edib.
Bu barədə dövlət başçıları arasında Ukrayna Prezidentinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı bildirib.
Ukrayna Prezidenti, eyni zamanda, Azərbaycanın ölkəsinə göstərdiyi humanitar yardımlara görə də minnətdarlıq edib.