Bu dəfə Yeni Yasamalda yol çökdü
Yeni Yasamalda yol çökməsi qeydə alınıb.
32gun.az xəbər verir ki, hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayımlanıb.
Kiçik həcmli çökmə nəticəsində kanalizasiya boruları açıq görünür.
Sakinlər yaranan vəziyyətdən narahatdır.
Xatırladaq ki, bir neçə gün əvvəl “Baksol” adlanan ərazidə yolun çökməsi nəticəsində Bakı sakini, 27 yaşlı Cümşüd Cümşüdlü kanalizasiyaya düşərək faciəli şəkildə həlak olub. Onun meyiti hadisədən yalnız 3 gün sonra Hövsanda tapılıb.
Həmçinin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) açıqlamasında bildirildiyi kimi, kanalizasiya xətlərinə nəzarət edən aidiyyəti qurum Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyidir. Hələlik həmin qurum məsələ ilə bağlı açıqlama verməyib, araşdırmanın davam etdiyini bildirir.(32gun.az )

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...