“Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət
Ölkədə fəaliyyət göstərən bəzi özəl klinikalarda vətəndaşlara qarşı qeyri-rəsmi maliyyə münasibətləri və insan hüquqlarını pozan hallarla bağlı yeni bir qalmaqallı hadisə üzə çıxıb. Bu dəfə narazılıq “Dəniz” Hospitalda baş verib.
Estetik əməliyyat üçün “Dəniz” Hospitala müraciət edən Ruhanə Allahverdiyeva adlı qadın təəccüblü və hüquqi baxımdan mübahisəli bir vəziyyətlə üzləşib. O, əməliyyat üçün əvvəlcədən müəyyən qədər ödəniş etsə də, qalan 600 manat məbləği çatmadığı üçün özünə məxsus qızıl-zinət əşyalarını girov qoymağa məcbur olub.
İddialara görə, xəstəxananın təsisçisi kimi təqdim olunan Fidan adlı bir şəxs Ruhanə Allahverdiyeva ilə “müqavilə” bağlayaraq 8.000 manatlıq qızılları cəmi 600 manat əvəzinə qəbul edib. Əməliyyatı isə Sadiq adlı həkim həyata keçirib.
Əməliyyatdan sonra çatışmayan 600 manatı ödəyən Ruhanə Allahverdiyeva, qızıllarını geri almaq istəyəndə isə gözlənilməz cavab alıb: qızıllar artıq lombarda qoyulub və qarşılığında 5.000 manat pul götürülüb.
Bu hadisə ilə bağlı Ruhanə Allahverdiyeva hüquq-mühafizə orqanlarına müraciət edib. Hazırda Binəqədi Rayon Polis İdarəsində şikayət əsasında araşdırma aparılır. Məlumatı ilk olaraq jurnalist Sima Babayeva şəxsi sosial media hesabında yayıb.
Qeyd edək ki, bu cür hallar ölkədə ilk dəfə baş vermir. Təxminən 2016-cı ildə də oxşar hadisə, estetik əməliyyatla bağlı maddi zərərə uğrayan bir şəxs Araz Salmanov adlı cərrahın adı ilə gündəmə gəlmişdi və ölkə miqyasında rezonans doğurmuşdu.
Hadisə ilə bağlı “Dəniz” Hospitaldan rəsmi açıqlama almaq mümkün olmayıb.
Yazıda adları hallanan tərəflərin mövqeyini dərc etməyə hazırıq.
Tribunainfo.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...