SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Azəriqaz"dan şəhərdə də narazıdırlar, kənddə də... - GİLEY

"Azəriqaz"dan şəhərdə də narazıdırlar, kənddə də... - GİLEY

Tarix:

18-03-2021, 09:27

/ 427 dəfə oxundu.
"Azəriqaz"dan şəhərdə də narazıdırlar, kənddə də... - GİLEY

"Ana xətt Lənkəran-Bakı yolunun kənarından keçir. Orayla məhəlləmiz arasında azı 400 metr məsafə var. Həm bizim, həm də qonşu məhəllələrin sakinləri evlərinə qazı öz hesablarına çəkib. Ancaq buna imkanı olmayanlar da var. Digər tərəfdənsə, öz hesabımıza çəkdirdiyimiz qaz xətlərinə də dövlət gəlib şərik çıxır. Yerli qaz idarəsi xəttimizdən götürüb veteranlara tikdiyi evlərə qaz çəkib. Yəni bizim məhəllədə hər şey tərsinədir, dövlət vətəndaşı təmin etməkdən, gəlib vətəndaşın əziyyətlə qurub-yaratdığına şərik çıxır”.

Lənkəranın Digah kəndindəki 18-ci məhəllənin sakiniləri yerli qaz idarəsindən şikayətçidir. Onların gileyi illərdir ki, məhəlləyə qaz xətti çəkilməməsindən və yolsuzluqdandır.

“İmkanı olan özü xətt çəkdirib”

18-ci məhəllə 17 il əvvəl salınıb. Məhəllədə 40-dan çox ev var. Sakinlər deyir, qaz xətti və yolların təmiri üçün illərdir ki, döymədikləri qapı qalmayıb:

“Burada ilk ev tikənlərdən biri mən olmuşam. İllərdir ki, qaz xətti aidiyyəti qurumların qapılarında qalmışıq. İmkanı olan öz hesabına ordan-burdan qaz xətti çəkib gətirib evinə… Ona da dövlət əlini qoyur. Bir ay əvvəl yerli qaz idarəsinin işçiləri gəlib nazik qaz xəttini dəlib başqa xətt qoşdular. Məlum oldu ki, məhəllədə Birinci Qarabağ Müharibəsinin iki iştirakçısına iki ev tikilib, dövlət həmin evlərin qaz problemini bizim hesabımıza həll etməyi qərara alıb”.

“Qazın təzyiqi aşağı düşüb”

Şikayətçi deyir, qaz xəttinə əlavə qoşmalar olduğundan qazın təzyiqi tamamilə aşağı düşüb:

“Borcla-xərclə uzaqdan evimə xətt çəkib gətirmişəm,ancaq bir aydır ki, istifadə edə bilmirəm, təzyiq yoxdur. Min əziyyətlə qaz xətti çəkmişəm, bir də gedib odun alıb, istifadə etməliyəm. Belə gülməli bir vəziyyət yaranıb. Harda yazılıb ki, vətəndaşın öz hesabına çəkdirdiyi qaz xəttindən dövlət gəlib icazəsiz, razılıqsız başqa evlərə xətt çəksin?”

Sakinlər məhəlləyə yol çəkilməsini də arzulayırlar. Deyirlər, yayda toz-tozanaqlı, qışda dizdən palçıq olan yolların təmiri üçün bələdiyyəyə və icra hakimiyyətinə müraciət etsələr də, müsbət cavab almayıblar:

“Burda ev tikəndə vəd etmişdilər ki, yaxın vaxtlarda hamar yolu olacaq, ancaq illərdir ki, yağış yağanda palçıqda dizin-dizin sürünürük”.

Şərhlər

XƏBƏR LENTİ