SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » 20 ildən çoxdur ki, ağac yandırıb qızınırlar... - GİLEY

20 ildən çoxdur ki, ağac yandırıb qızınırlar... - GİLEY

Tarix:

28-01-2021, 15:59

/ 678 dəfə oxundu.
20 ildən çoxdur ki, ağac yandırıb qızınırlar... - GİLEY

“Ana xətlə yaşadığımız ərazini bir yol ayırır. Yolun o tərəfində qaz borusu, bu tərəfindəsə mavi yanacağa həsrət qalan azı 70 ailə var”. DİA.AZ bildirir ki, bunu Qubanın Paşaoba kəndindəki yeni yaşayış məhəllələrinin sakinləri deyir.

Paşaobanın özündə mavi yanacaq olsa da, yeni yaşayış məhəllələrinə heç qaz xətti də çəkilməyib. Sakinlər deyir, 20 ildən çoxdur ki, burada yer-yurd salmaqlarına baxmayaraq, hələ də mavi yanacağa həsrətdilər.

“Təxminən 1998-2000-ci illərdən bu tərəfə adamlar ev tikib, yaşamağa başlayıb. Yolu, işığı, suyu birtəhər yola veririk, ancaq bu mavi yanacağın olmaması insanları cana yığıb. Burda onsuz da qış sərt keçir, istiliksiz isə qəti mümkün deyil”, - sakinlər deyir.

Qış gələndə burada yaşayanlar istilik problemini həyətindəki ağacların hesabına həll etməyə çalışır. Ancaq elə həyətlər var ki, artıq bir ağac da qalmayıb: “Həyətdə, qapıda nə meyvə ağacı varsa, qırıb, qənaətlə yandırırıq. Elə ailələr var ki, öz həyətində ağac tükənib, yaxından, qonşudan icazə alıb, həyətindən ağac budağı kəsib, aparıb yandırır. Eynən ibtidai icma dövründəki kimi... Bir də baxırsan ki, bir qonşu başqa qonşunun həyətindən əlində ağac budağıyla çıxır, artıq bilirsən ki, uşaqlarını isitmək üçün yandırmağa aparır”.

Bir az imkanı olanlar maşınla odun alır. Burada adamlar bir-birindən əl borcuna pul yox, odun götürür: “Görürsən ki bir qonşu o birinə deyir, mənə borca bir parça odun ver... Ya kimsə uşağı başqa kəndə qohumunun qapısına göndərir ki, get, filankəsdən borca bir-iki odun istə, de, olanda qaytararıq... Yəni, belə yaşayırıq”.

Məhəllələrin sakinləri əslində elektrik cihazlarından istifadə edə bilərdi, ancaq o da mümkün deyil, çünki eyni vaxtda bir neçə evdə elektrik cihazı qoşulanda elektrik naqillərində qısaqapanma olur, kəndin elektrik şiti tab gətirmir.

Şərhlər

XƏBƏR LENTİ