XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Təhsil Nazirliyində Təhməzov rüzgarı... - İTTİHAM

Təhsil Nazirliyində Təhməzov rüzgarı... - İTTİHAM

Təhsil Nazirliyində Təhməzov rüzgarı... - İTTİHAM
7-12-2020, 15:59

Törətdiyi qanunsuz əməllərinin qurbanına çevrilən Zahid Təhməzovun narahatlığı əbəs deyil.

TehsilXeber.com artıq 3 gündür ki, Təhsil Nazirliyinin 10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin (ƏMHM) rəisi Zahid Təhməzovun qanunsuz əməllərini araşdırıb, ictimaiyyətə çatdırır. Üçüncü yazıdı ki, maxenasiyalar ustası olan Zahid Təhməzova həsr edirik. Hər yazıdan sonra redaksiyamıza onunla bağlı yeni məlumatlar daxil olur. Saytımızın rəhbərinə telefon vasitəsi ilə edilən xahişlər isə ara vermir. Son 3 gün müddətində Zahid Təhməzov ünü yetən, gumanı gələn hər təsə zəng edərək TehsilXeber.com və XeberBiz.com saytlarında gedən yazıların dayandırılması üçün kömək istəyib. Bu yazılar onu o qədər narahat edibki, dünən günün birinci yarısında oz iş otağında səhhəti pisləşib. 10 saylı ƏMHM-dəki məmbəmizin məlumatına görə, qan təziqi kəskin artıb və bu səbəbdən də iş yerin tərk edib. Heç bu gündə işə çıxmayan Zahid Təhməzovun harada olması barədə dəqiq məlumat yoxdur.
Gecələr belə yuxusu ərşə çəkilən Mərkəz rəisinin halını düşündükcə, insanın göz önünə bir neçə milli kinolarımızdan opizodlar gəlir. "Tütək səsi" filmində deyilən - Sən gecələr yat ay Qurban - ifadəsi bizim yazının qəhrəmanına da xitam oluna bilər. Ancaq, bizm qəhrəmanımız elə yatmasa yaxşıdı. Çünki yuxuya keçən kimi saxta qaimələr, onun bir başa gunahı ucbatından koronavirus infeksiyasına yoluxan məsum məktəblilər və müəllimlər kabus kimi röyasında peyda olur. Birdə qara maskalılar onun yuxularının qonağı olur. Bir sözlə 10 saylı ƏMHM-nin rəisi işlədiyi bir il ərzində etdiyi maxenasiyalar və şəxsi xarakterindəki eqo indi ona düşmən kəsilib. Bir sözlə öz çirkin əməllərinin girovuna çevrilib. Nəysə, Allahdan ona şəfa diləyərək, keçək dünənki yazımızda anons etdiyimiz faktlara...
Ağcəbədi rayonu üzrə 10 saylı ƏMHM-nin baş məsləhətçisi (baş mühasibi) vəzifəsindən azad edilən Ayaz Şükürov adlı peşəkar mütəxəsisin yerinə təyin edilən Ceyhun adlı şəxsdən Zahid Təhməzov nə qədər rüşvət alması məsələsini araşdırdıqda şox faklar üzə çıxdı. Belə ki, Zahid Təhməzov bu vəzifəyə təyin olunandan bir müddət sonra kankret bu ilin may-iyun aylarında 10 saylı ƏMHM-nə daxil olan Ağcabədi, Laçın, Füzuli, Ağdam, Xocavənd və Tərtər, rayonlar üzrə baş məsləhətçilərdən (baş mühasıblər) möhürlərin ona təhvil verilməsin tələb edib. Beş rayon üzrə baş məsləhətçilər bu tələbə tabe olsalar da, ancaq Ağcəbədi rayonu üzrə baş məsləhətçi Ayaz Şükürov möhürü Mərkəz rəisinə təhvil verməkdən imtina edib. Beş rayon üzrə baş məsləhətçinin möhürunu alıb seyfinə qoyan Zahid Təhməzov bu möhürləri 2 ay özündə saxlayıb. Bu müddət ərzində hər hansı müəllim və ya texniki işçiyə əmək haqqı barədə arayış lazım olduqda Füzulinin, Ağdamın kəndlərindən və yaxud Bakıda və digər yerlərdə fəaliyyət göstərən köçkün məktəbin işçiləri əlavə vəsait sərf edib Tərtər rayonuna gələrək, Zahid Təhməzovun qəbul otağında saatlarla gözlədikdən sonra arayışlarına möhür vurdurub geri dönüblər. Bəs baş məsləhətçilərin möhürlərini özündə saxlamaqda Mərkəz rəisinin məqsədi nə olub? Hə, bax xoruzun quyruğu bu məqamda görsənir. Demək, beş rayon üzrə baş məsləhətçi vəzifələrində qalmağın əsas şərti olan haqqı ödədikdən sonra möhürlərini geri alıblar. Ağcəbədi rayon üzrə baş məsləhətçi Ayaz Şükürov tələb olunan məbləğı vermədiyi üçün Zahid Təhməzov tərəfindən vəzifədən azad edilərək, Ceyhun adlı şəxsən 27 min manat məbləğində rüşvət alaraq baş məsləhətçi vəzifəsinə təyin edib. Vəzifəyə təyin etdiyi şəxslərin peşəkar və ya qeyri peşəkarlığını nəzərə almayan Zahid Təhməzovun bu məsələdi bir prinsipi var. Pul, pul və bir də pul.
Birinci və iknci yazımızda verdiyimiz anonslardan biri də 10 saylı ƏMHM-nin rəisinin ştat cədvəlində xanım katibəsi olmadığı halda Zahid Təhməzov iki xanım katibəni hansı əsaslarla işə qəbul etdiyinə aydınlıq gətirəcəyimizi vədd etmişdik. Dovşanı düz gözündən vurduğum üçün bu gün həmin ştatdankanar iki katibə işə çıxmayıb. Bəs bu statdankanar katibələri Zahid Təhməzov hansı məqsədə "işə qəbul" etmişdi? Bax bu mövzunu hələlik sonraya saxlamağı düşünürük. Yazımız uzan-uzadı olanda Zahid əkə yazını oxuyub başa vurana kimi hövsələsi daralır, qan dövranları normal işləməməyə başlayır, təziqi yüksəlir, ürək ritimləri kəskin sürətdə artır, gözünün önünə DTX-nin "qara maska"lı əməkdaşları və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin müstəntiqləri gəlir və bununla da canına qorxu düşür. Qorxu demişkən, onun canına qorxu hissi 2005-ci ildə, Tərtər rayon Maliyyə İdarəsinə yeni rəis təyin olunandan bir az sonra "Tərtər" restoranının açılışı münasibəti təşkil edilmiş məclisdə quşlaması səbəbibdən ayağının altına atılan atəşdən düşüb. 15 il ötməsinə baxmayaraq, hələ bu qorxu onun canındadı. Tövsiyyə edərdik ki, çildağa getsin, molla əminin yanına getsin, bir qorxu duası yazdırsın. Amma bunu da etmək üçün gərək bədəni pak olsun, yəni heç olmasa həmin gün spirtli içki qəbul etməsin. O da ki, bu soyuq havalarda, xaş mövsümundə bir az çətin olar Zahid əkə üçün. Çünki, axı o hər səhər saat 6 da yaşadığı Bərdə rayonunda və ya Yevlax şəhərində, ordakı həmkarı ilə birlikdə xaş yeməyə gedir. Xaş da ki, araqsız getmir.
Nəysə, bu günlük Zahid Təhməzovu utandırmağımız yetər. Onun nəfəsin çox daraltmayaq, təziqin çox yüksətməyək. Axı, biz insan qatili deyilik...
Başqa şok faklar qalsın növbəti yazılarımıza.
Zahid Təhməzovun qanunsuz əməlləri barəsində redaksiyamıza daha hansı faktlar daxil olub?
- Zahid Təhməzov öz xidməti otağının qapısını dəyişərək, puntla işləyən qapını hansı məqsədə qoydurub?
- Zahid Təhməzov Tərtər rayon Maliyyə İdarəsinə yeni rəis təyin olunandan bir az sonra (2005-ci ildə) "Tərtər" restoranında kimlər tərəfindən və hansı səbəbdən ayağının altına atəş açılıb? Həmin vaxt içkili vəziyyətdə olan Zahid Təhməzov nə "quşlayıb"?
- Zahid Təhməzov Tərtər Rayon Maliyyə İdarəsinin rəisi işlədiyi dönəmdə rayondakı idarə, təşkilat və müəssisə rəhbərlərini necə gözümçıxdıya salmışdı?
- Zahid Təhməzov hansı qüvvələrə və kimlərə güvənərək hegomonluq edir?
- Uzun illər Maliyyə Nazirliyi sistemində çalışan Zahid Təhməzov nədən Təhsil Nazirliyi sisteminə transfer edildi və onun şəxsi işi hansı səbəbdən qardaşdan-qardaşa ötürüldü?
- Təhsil müəssisələri bağlı olduğu halda istilik sistemi olmayan məktəblərə guya odunla təmin etmək adı ilə Zahid Təhməzov nə qədər vəsait mənimsəyib? Bu əməliyyatı hansı MMC-nin əli ilə edib? Kirvəsinin bu əməliyyatlarda rolu nədən ibarətdir.
- Adının çəkilməsini istəməyən bəzi məktəb direktorları Zahid Təhməzov barəsində bizə nələr açıqladılar?
- Zahid Təhməzov Tərtər Rayon Maliyyə İdarəsinin rəisi işlədiyi 2007-2008-ci ildə cənab Prezident İlham Əliyevin sərəncamı ilə büdcə təşkilatlarında çalışan işçilərin ödənilməyən məzuniyyət haqqlarının ödənilməsində nə qədər vəsaiti mənimsəyib?
- 10 saylı ƏMHM-nin rəisi bundan sonra hansı maxenasiyalara hazırlaşır?
- Daha nələr, nələr...
Bizi izləyin!

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.