Təhsil Nazirliyi Tərtərdə yerləşən 10 saylı ƏMHM-də təftişə başlayıb
10 saylı ƏMHM-nin rəis müavini Tufan Səfərovun qanunsuz əməlləri Nazirliyin üç qurumu tərəfindən təftiş edilir.
Təhsil Nazirliyinin Ərazi Maliyyə Hesablaşma Mərkəzlərinin yaradılmasının məqsədi təhsil sahəsində maliyyə və inzibati resursların idarə edilməsinin təkmilləşdirilməsi və mərkəzləşdirilmiş maliyyələşdirilməyə mərhələlərlə keçirilməsindən ibarətdir. Eyni zamanda bu qurumun əsas vəzifəsi təhsilə ayrılan vəsaitin xərclənməsinə nəzarət etmək və büdcə mənimsəmələrinin qarşısın almaqdır.
Ancaq Tərtərdə yerləşən və Tərtər, Ağdam, Ağcabədi, Laçın, Füzuli və Xocavənd rayon Təhsil Şöbələrinin maliyyə-təsərrüfat fəaliyyətini həyata keçirən 10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin (ƏMHM) rəhbərliyinin fəaliyyətində qanun pozuntusu, dövlət vəsaitinin mənimsənilməsi, ayrılan vəsaitlərin ünvanına çatmaması faktları üzə çıxıb.
Belə ki, 10 saylı ƏMHM-dəki mənbənin verdiyi məlumata görə, rəis müavini Tufan Səfərov dövlət tərəfindən Tərtər rayon təhsil müəssisələrinə istilik üçün ayırılmış odun və peçləri ünvanına çatdırılmasını təmin etməmişdir. Tərtər məktəblərinin bir çoxunda şagirdlər, qış mövsümündə soyuq sinif otaqlarında dərs ala bilmirlər. Çünki mərkəzin rəis müavini Tufan Səfərov məktəblərin sinif otaqlarının qızdırılması üçün nəzərdə tutulan həmin odunları rayon ərazisində satışın təşkil edir. Bundan başqa məktəblərə test tapşırıqlarını çap etmək üçün ayırılan kağızları belə satdığı üçün, müəllimlər həmin kağızı ciblərinin pulu ilə almalı olurlar. Hətta şagirdlərin fiziki hazırlıq dərslərində istifadə etmələri üçün ayırılan futbol topları belə Tufan Səfərov tərəfindən satılır.
Tufan Səfərovun qanunsuz əməlləri bununla bitmir. Uzun müddət Tərtər rayon Maliyyə İdarəsində büdcə inspektoru vəzifəsində çalışmış Tufan Səfərov, orada işlədiyi həmin dövrlərdə də məktəb direktorları və ərazi icra nümayəndələri ilə əlbir olub məktəblərin smetasını yeyib, ştat vahidlərinin alqı-satqısı ilə məşğul olub. 2016-ci ildə isə ƏMHM yarandıqdan sonra bu quruma keçərək köhnə direktor dostlarını başına toplayaraq, dövlət büdcəsini talamağa başlayıb. Daha doğrusu Tərtər rayon Maliyyə İdarəsində açdığı bazarı 10 saylı ƏMHM-də davam etdirib.
Bir sözlə Tufan Səfərov 10 saylı ƏMHM-da şıdırğı bazar açıb. Bu bazardan son illər ərzində qazandığı pullar isə kal armud kimi boğazında ilişib qalmaqdadır. Belə ki, Azərbaycan Respublikası Təhsil Naziri Ceyhun Bayramovun əmri ilə Nazirliyin Maliyyə, Kadrlar və Daxili Nəzarət İdarələri tərəfindən Tufan Səfərovun və bütövlükdə 10 saylı ƏMHM-nin fəaliyyəti təftişinə başlanılıb.
Dünən başlanan təftişin gedişatı və yekunu barədə sizləri də tanış edəcəyik. Tufan Səfərovun etdiyi qanunsuz əməllərin təftiş qrupu tərəfindən necə üzə çıxacağını, həmçinin mərkəzin rəisi Malik Vəliyevin üzünə necə duracağını biləcəksiz.
Tufan Səfərovdan başqa Mərkəzin mühasibi Natiq Allahverdiyevin maliyyə fırıldaqları barəsində əlimizdə olan faktlarla sizləri tanış edəcəyik.
Araşdırmalarımız davam edir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...